AktualAktualArxivIslamSosialXəbər lentiXəbərlər

Azərbaycanın hakim partiyasının İdarə Heyətində və Siyasi Şurasında əsaslı dəyişiklik

Azərbaycan Respublikasının hökumət heyətinin sabiq nazirlərdən nisbi təmizlənməsinin ardınca Bakı KİV-ləri bu ölkənin hakim partiyası “Yeni Azərbaycan”-ın öz daxilində təmizləmə işləri aparmaq və qocaman üzvlərini cavanlarla əvəzləmək fikrində olduğunu bildirirlər.

Qafqaz Həqiqətləri “Yeni Sabah” qəzetinə istinadla xəbər verir ki, qeyri-rəsmi dairələrdə hakim partiyanın qurultay keçirəcəyi barədə söz-söhbətlər dolaşır, lakin bu xəbər rəsmi olaraq təsdiq edilməyib. Hakimiyyətin siyasəti çərçivəsində YAP daxilində qocaman qüvvələrin yerinə gənc qüvvələrin gətirilməsi, İdarə Heyəti və Siyasi Şuradan sabiq nazir və məmurların uzaqlaşdırılması nəzərdə tutulub.

Sabiq ətraf mühit, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, sabiq təhsil naziri Misir Mərdanov, sabiq rabitə naziri Əli Abbasov, prezidentin keçmiş köməkçisi Əli Həsənov, baş nazirin keçmiş müavini Əli Həsənov, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov, Bakı icra hakimiyyətinin sabiq icra başçısı Hacıbala Abutalıbov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov, qaçqınlar komitəsinin sabiq sədri Əli Həsənov, Prezident Admnistrasiyasının keçmiş şöbə müdiri Fatma Abdullazadə, AzTV-nin keçmiş rəhbəri Nizami Xudiyev, sabiq baş nazir Novruz Məmmədov, deputat Arif Rəhimzadə, Prezident Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə qocaman üzvlər sayılır və hakim partiyanın mərkəzi şuralarından uzaqlaşdırılacaqları gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA) və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqaldan sonra isə YAP-da islahatlar mövzusu daha açıq şəkildə müzakirə edilməyə başlayıb və bu qalmaqal həmin toyda iştirak etmiş hakim partiyanın icra katibliyinin müavini Siyavuş Novruzovun partiyadan uzaqlaşdırılmasına səbəb oldu.

  1. Novruzov Ramiz Mehdiyevə olunan hücumlardan amanda qalmaq üçün R. Mehdiyevin onu aldatdığını, toy mərasimi keçirmək üçün dövlətdən icazə alması barədə ona yalan dediyini və bu səbəbdən toyda iştirak etdiyini bildirdi.

Habelə, R. Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etmiş, onu bərk tərif etmiş və Azərbaycan Respublikasının müvəffəqiyyətlərinin təminində taktiki rəhbər adlandırmış BDU-nun sabiq rektoru Abel Məhərrəmov da R. Mehdiyevə yönələn hücumların başlaması ilə Mehdiyevin toy mərasimi üçün dövlətdən icazə alması sözü ilə onu aldatdığını dedi.

Digər tərəfdən AMEA prezidenti R. Mehdiyev akademiyanın saytında yer almış ikinci məqaləsində onun ləyaqətinə qarşı olunan hücumlara münasibət bildirərək yazıb: “Bu dövlətə fədakarlıqla xidmət etmiş şəxsə iftira atmaq cəsarətini kimdən alırsınız? Əgər cürətiniz çatırsa, mənim suallarıma aydın bir cavab verin. Sizin verəcəyiniz cavab iqtidar daxilindəki həqiqi “beşinci kolonu” ifşa etmək baxımından çox faydalı olacaq.”

O, daha sonra yazıb: “Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm.”

  1. Mehdiyev keçmişindən və hazırkı vəziyyətindən tam arxayın olduğunu bildirərək, ona qarşı ittiham səsləndirənləri isə ikiüzlü olmaqda günahlandıraraq yazıb: “Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm.”

AMEA-nın prezidenti ona hücum edənlərin ittihamlarını gülünc adlandıraraq yazıb: “Məni guya Rusiyanın Azərbaycandakı “5-ci kolonunun” rəhbəri olmaqda günahlandırırlar. Bu gülünc ittihamlar 49 il müddətində Heydər Əliyevin və İlham Əliyevin sadiq silahdaşı olmuş bir kəs barədədir!”

  1. Mehdiyev əlavə edib: “Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır.”

“Yeni Musavat” qəzetinin redaktoru Rauf Arifoğlu R. Mehdiyevin təhdidlərinə münasibət bildirərək yazıb: “Bu dəfə onun hədələri iqtidar gücündən deyil, çarəsizlikdən doğur. 26 il bir iqtidarda faktiki ikinci sima olasan və hazırda səni müdafiə edəcək kimsə ortalıqda olmaya. Tək qalasan. Çörək verdiklərin və çörək kəsdiklərin sənə qarşı çıxa, bir çırpıda səni satalar (Siyavuş Novruzov, Abel Məhərrəmov və Azərbaycan Respublikasının digər siyasi və elmi fəalları)… Ağır dərddir.”

Digər tərəfdən Bakının bəzi mediaları R. Mehdiyevin kitablarının bir sıra elmi mərkəzlərdən, kitabxanalardan və universitetlərdən yığışdırıldığını xəbər veriblər.

Ramiz Mehdiyev tarixi təhrif edənlərdən və Azərbaycan Respublikası üçün kimlik yaratmağa səy edən ən mühüm adamlardan olmuşdur. O, Azərbaycan Respublikası üçün tarix yaratmaq məqsədilə Səfəvilər və Nadir Şah Əfşar haqqında tarixi təhrif etmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button