AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanın hərbi sirri rus mediasının əlinə necə keçib?

Bir neçə gün əvvəl Rusiyanin “Ria Novosti” agentliyi Azərbaycanın hərbi sirrlərindən ibarət infoqrafika dərc edib. Bildiyimiz kimi, dövlətin hərbi, xarici-siyasi,iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatların açıqlanması qəti qadağandır. Bəs onda maraqlı olan budur ki, Rusiya mediasının əlinə bu tipli informasiyalar necə gedib çıxıb? Mövzu ilə bağlı AzadXeber.az-a açıqlama verən hərbçi-ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, infoqrafikada göstərilənlərin Azərbaycan üçün elə də təhlükəli deyil.
“Azərbaycanda da digər ölkələrlə bağlı kifayət qədər hərbi xarakterli məlumatların olduğunu söyləyən ekspert, “amma istənilən halda Rusiyanın bu addımı saf niyyətdən irəli gəlmir. Məgər Azərbaycan nəyisə gizli saxlayırdı ki, bunlar onu infoqrama ilə, sxem ilə, geniş təhlillərlə aşkar edirlər?!”, – deyə bildirdi:
“Eyni zamanda onu da qeyd edim ki, Azərbaycan digər dövlətlərin ərazisinə, varlığına hörmətlə yanaşdığı kimi həmin dövlətlərin də bilavasitə borcudur ki, Azərbaycan qanunlarına hörmətlə yanaşsınlar.”
Son olaraq ekspert onu da vurğuladı ki, bu məsələni boş buraxmağın tərəfdarı deyiləm və gələcəkdə bu məsələlərdən sui-istifadə edə bilərlər: “Məsəl üçün bir neçə gündür informasiya yayırlar ki, guya Azərbaycanın Sitalçayda hərbi aerodromu var və bu aerodromdan istifadə olunur. Əlbəttə ki, bu yalan informasiyadır. Yenə də deyirəm, Azərbaycanın dünyadan gizlədəcək heç nəyi yoxdur. Çünki bu günə qədər olan beynəlxalq hesabatlarda silah-sursatını gizlədən ölkələr arasında olmayıb.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button