AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanın Dram Teatrının kollektivi İranda tamaşa nümayiş etdirəcək

Qərib Mənuçöhri: “Tamaşa Lənkəran şəhərinin teatr kollektivi tərəfindən 29 və 30 iyunda Parsabadın İnqilab mədəniyyət sarayında nümayiş etdiriləcək”.

Qafqaz Mədəniyyət Mərkəzi – Qərib Mönuçöhrinin sözlərinə görə kollektiv iki qonşu və müsəlman ölkənin mədəni əlaqələrinin möhməmləndirməsi məqsədilə İran İslam Respublikasının Dram Sənəti Mərkəzi tərəfindən dəvət olunub.
O əlavə edib: “Səfər çərçivəsində Xeyrullah Təqəyanipurun rejissorluğu və Lənkəran Dövlət Dram Teatrının kollektivinin icrası ilə Parsabad şəhərində “İlan Sultan” tamaşası göstəriləcək.

Tamaşa Tehranda keçiriləcək beynəlxalq Fəcr teatr festivalı üçün hazırlanmışdır və son iki ildə İranın müxtəlif şəhərlərində nümayiş etdirilmişdir.
Q. Mənuçöhri İran və Azərbaycan ölkələrinin çoxlu tarixi, mədəni və dini ortaqlıqlarına işarə edərək yaxın günlərdə Parsabad şəhərinin teatr sənətçilərinin bir qrupunun tamaşa göstərmək üçün Azərbaycanın müxtəlif şəhərlərinə səfər edəcəyini xəbər verərək deyib: “Belə proqramların icrası iki ölkənin mədəni əlaqələrini möhkəmləndirməkdən əlavə mədəniyyət və incəsənət sahələrinin də rövnəqlənməsinə kömək edir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button