ArxivXəbər lentiXəbərlər

Azərbaycanın birinci vitse-prezidenti: “Öhdəmə düşən məsuliyyətin ciddiliyini tam dərk edirəm”

21 Fevral Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən birinci vitse-prezident təyin edilən Mehriban Əliyeva deyib: “Cənab prezident, inanıram ki, sizin və mənə inanan bütün insanların etimadını doğruldacağam”.

APA-nın məlumatına görə, M. Əliyeva fəaliyyətinə yüksək qiymət verdiyi üçün prezident İlham Əliyeva təşəkkür edib: “Belə qiymətə layiq olmaq mənim üçün böyük şərəfdir”.

Birinci vitse-prezident qeyd edib ki, sədrlik etdiyi Heydər Əliyev Fondu 13 ildir, fəaliyyətini humanizm prinsipləri əsasında qurub: “Bu illər ərzində biz bir çox böyük layihələr icra etmişik. Eyni zamanda 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq.

Mehriban Əliyeva deyib: “Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacaq, Azərbaycana layiqli xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə sizə dərin minnətdarlığımı bildirirəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button