ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İrana qarşı qara-piar kampaniyasına yeni bəhanə tapıldı :Ocaqnejad niyə Paşazadədən öndə namaz qılıb?

İranın Aliməqamlı Rəhbərinin Azərbaycandakı nümayəndəsinin Şuşa məscidində namaz qılması iki ölkə əlaqələrinin düşmənlərini hiddətləndirib.

Qafqaz.ir-nin məlumatına əsasən, Axar.az Portalı “Ocaqnejat Paşazadədən niyə öndə idi?” başlıqlı yazıda bildirib: “Sosial şəbəkə istifadəçiləri namaz qılınan zaman fotoda Ocaqnejadın Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər şəxslərdən öndə dayanmasına etiraz ediblər.”

Yeni Sabah qəzeti isə Şeyx həzrətlərini belə təhqir etməkdən çəkinməyib. “Şeyx Şuşada niyə Ocaqnejadın arxasında gizləndi? Utancverici haldır“ sərlövhəli məqalədə deyilir: “Əksəriyyət Şeyxülislam Allahşükür Paşazadənin olduğu yerdə Ocaqnejadın öndə dayanaraq prosesi idarə etməsini doğru hesab etməyib.”

Mövzu barədə özünü ilahaiyyatçı kimi təqdim edən Elşad Miri qəzetlə müsahibədə deyib: “Mən bir Azərbaycan vətəndaşı olaraq bunu qəbul etmirəm. Mənimsəyə bilmirəm ki, niyə Şuşa kimi hər tərəfi mesajlarla, rəmzlərlə dolu olan bir yerdə belə bir addım atılır?”

Elşad Miri sonra QMİ sədrini tənqid atəşinə tutub. “Allahşükür Paşazadə həmişə açıq şəkildə şiə olduğunu qeyd edir. Bu dəqiqə dünyada şiəliyin əsası olaraq qəbul edilən yer isə İran İslam Respublikasıdır və Şeyxülislam İranın “Səhər” televiyasına verdiyi müsahibəsində də deyib ki, dini məsələdə rəhbər olaraq İranın ali dini lideri olan Ayətullah Xamneyini qəbul edir. Onun Xamneyinin qoxusunu hiss etməsi ilə bağlı da yutubda müsahibələri var. Heç biri montaj deyil, özü də bunu inkar eləmir. Mənim üçün bu, utancverici bir haldır”.

Bizimyol qəzeti də 12 iyul sayında yazib: “İran nümayəndəsinin pişnamazlıq etməsi insanlarımız tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları cənab Ocaqnejadın əslən azərbaycanlı olduğunu və İranda onun Xocalı qətliamını dayanmadan dilə gətirməsini nəzərə alaraq alimin pişnamaz olmasına hörmətlə yanaşıblar. Bir çox insanlar isə sırf İranın 44 günlük aktiv əməliyyatlar zamanı mövqeyini yada salaraq onun önə çəkilməsinə narazılıq ifadə ediblər.

Məsələylə bağlı Bizimyol.info-ya şərh verən Azərbaycan Yüksəliş Partiyasının (AY) başqanı Anar Əsədli bildirib: “Biz İranın təsir dairəsinə çevrilməyəcəyik. İranın ölkəmizdəki nümayəndəsi öndə, təkcə Azərbaycan deyil, bütün Qafqazın şeyxi isə arxasında namaz qılır?!”,- deyə partiya sədri bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button