ArxivXəbər lentiXəbərlər

Aleksandr Duqin: Yaşasın şəhid şeyx Nimr ən-Nimr

Şiələrlə həmrəy olub, Suriya, İraq, Yəmən, Bəhreyn və ümumiyyətlə, hər yerdə ümumi düşmənimiz olan islamçılara qarşı döyüşmək biz rusların borcudur.

Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Kremlə yaxınlığı ilə seçilən məşhur rusiyalı politoloq Aleksandr Duqin paylaşıb. Onun sözlərinə görə, rus-şiə alyansı təkcə geosiyasi xarakter daşımır:

“Bu dini tipli dərin qohumluqdur. Amerikayönlü Səudiyyə rejimi məhv edilməlidir. Bu, Avrasiya fitvasıdır. Yaşasın şəhid şeyx Nimr ən-Nimr”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimr daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib və Tehran səfirinə ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.

Duqin həmçinin Beynəlxalq Avrasiya Hərəkatının lideridir. Hazırda Rusiyanın cəmiyyətə təsir etmək qabiliyyətinə sahib olan 36-cı ən görkəmli intellektual şəxsi kimi tanınan Duqin hakimiyyətin əsas müdafiəçilərindən biridir. Bəzi mənbələr məhz onun avrasiyaçılıq ideyasının yaradıcılarından biri olduğunu iddia edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button