ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda zabitin hərbi hissədə qətlə yetirildiyi bildirilir

Hadisədə şübhəli bilinən digər zabit tutularaq istintaqa cəlb edilib

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Amil Hümbət oğlu Abdullayevin öldürüldüyü bildirilir.

Bu barədə Füzuli Rayon Hərbi prokurorluğu məlumat yayıb.

Azərbaycan Respublikası Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev də Meydan TV-yə məlumatı təsdiqləyib.

O bildirib ki, fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Onun sözlərinə görə, Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib:

İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək digər zəruri istintaq hərəkətləri həyata keçirilib”.

zabit Amil Abdullayevin digər zabit Nizami Eynulla oğlu Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəminində qətlə yetirildiyi məlum olub.

Prokurorluğun sözçüsü bildirib ki, zabit Amil Abdullayevin
qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan Nizami Abdullayev şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – deyə o vurğulayıb.

Meydan TV həlak olan zabitin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button