ArxivXəbər lentiXəbərlər

Azərbaycanda “havalanan” ev QİYMƏTLƏRİ: 5 milyonluq evi kimlər alır?

Mart ayında Azərbaycanda mənzil bazarında qiymətləri ucuzlaşdığı deyilsə də, mənzillərin qiymətinə nəzər saldıqda bu ucuzlaşmanı görə bilmirik. 
Mənzil alqı-satqı saytlarına nəzər saldıqda da bazarda qiymətlərinin kifayət qədər yüksək olduğunu görə bilərik. Məsələn, Xətai rayonunda 2 milyon 300 min manata ev satılır. 265 m²-a olan kupçalı, 5 otaqlı mənzil üçün aylıq ödəniş 8 min 680 manatdır.
Nərimanov rayonu ərazisində isə icarəyə verilən 2 400 kv-m obyektin satış qiyməti 2 milyon 800 min AZN-dir. Obyektin hər mərtəbəsinin sahəsi 400 kv-dır.
 Bundan başqa Bakıda, Nəsimi rayonu ərazisində 19 otaqlı, 1034 kvadrat metrli evi 5 milyon 275 min manata, “Sahil” metrostansiyasının qarşısında yerləşən 1053 kvadrat metrlik 8 otaqlı mənzili isə 5 milyon 100 min manata satılır.
Torpaq sahələrinin də qiyməti xeyli yüksəkdir. Elanlara nəzər salsaq görərik ki, məsələn, Görədil qəsəbəsində sərhəd qoşunları atçılıq mərkəzinin tam yaxınlığında, dənizə möhtəşəm mənzərəsi olan 500 sot “kupça”lı torpaq satılır. 1 sotun qiyməti 3000 AZN-dir.
qafqaz.ir  sfera.az-a istinada gore xeber verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button