mədəniyyatSosial

Azərbaycanda hər aya 1000 boşanma faktı düşür

«Qanunların işləmədiyi ölkədə bu problem qaçılmazdır»

Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda rəsmi orqanlar tərəfindən 53,4 min nikah və 8 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfəri hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil edib.

Xatırladaq ki, boşanma problemi müzakirə olunarkən ekspertlər onların kökündə daha çox sosial-iqtisadi çətinliklərin, ağır həyat şəraitinin dayandığını deyərək bu məsələdə ortaq nəticəyə gəliblər. Amma maraqlıdır, məsələni təkcə sosial problem kimi təqdim etmək olarmı? Problemin siyasi motivi yoxdurmu?

AXCP sədrinin müavini Gözəl Bayramlı söyləyir ki, məsələni daha çox sosial-iqtisadi problemlə bağlayanlar haqlıdır. Azərbaycanda sosial problemlərin ağırlığını, gərginliyini daşıyan ailələrdə boşanma sayının artdığını söyləyən Gözəl xanım məsələnin siyasi tərəfinə diqqət çəkir: “Ölkədəki mövcud rejim demokratik prinsiplərə əsaslansaydı, gənc ailələrə sosial yönümlü proqramlar həyata keçirilsəydi, məsələ bu istiqamətdə davam edə bilməzdi. Yəni məsələnin kökü yenə də siyasi faktora bağlanır. Mövcud rejim ölkədə elə bir şərait yaradır ki, demokratik ab-hava olmayan yerdə işsizlik və digər problemlər artır. Qanunların işləmədiyi ölkədə bu problemlər mütəmadi şəkildə olacaq. Bu mənada boşanmalarla bağlı problemin kökünü də burda axtarmaq lazımdır”./azadlıq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button