ArxivXəbər lentiXəbərlər

Azərbaycanda dövlət rüsumları artır

Azərbaycan Respublikası Parlamenti iyunun 29-da “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edib. Dəyişikliklər bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumunun artırılmasını nəzərdə tutur.

APA-nın məlumatana görə, “Dövlət rüsumu haqqında” qanunun 10.1-ci maddəsinə edilmiş dəyişiklik əmlakın başqa şəxslərin mülkiyyətinə keçməsinə görə, rüsumun məbləğinin artırılmasını nəzərdə tutur. İndiyə qədər nəzərdə tutulan rüsum 200 manatdan 250 manata qaldırılır.

Dövlət rüsumu Bakı şəhəri üzrə 100 faiz, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faiz, digər regionlar üzrə isə 50 faiz məbləğində ödənilir.

Müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, o cümlədən yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsindən ötrü dövlət rüsumu 20 manat səviyyəsində saxlanılır.

Qanunun 18.65-ci maddəsinə edilmiş dəyişikliklər avtomobil nömrələrinə görə, rüsumun ödənilməsi ilə bağlıdır.

Bundan sonra 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda, 2000 manat rüsum tutulacaq. İndiyədək rüsumun məbləği 1500 manat idi.

Seriyası eyni hərflərdən ibarət olan nömrələri görə isə 3 min manat rüsum tutulacaq. Bu məbləğ indiyədək 2500 manat idi.

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500 manat (indiyədək min manat) dövlət rüsumu tətbiq ediləcək. Seriyası eyni hərflərdən ibarət olduqda isə rüsum 2 min manat təşkil edəcək.

Seriyası müxtəlif hərflərdən ibarət, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrin rüsumu 1000 (indiyədək 500), seriyası eyni hərflərdən ibarət olanlarınkı isə 1500 manat təşkil edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button