ArxivXəbər lentiXəbərlər

Azərbaycanda bankın sədr müavini 100 milyon manat götürüb ölkədən qaçdı

Azərbaycanda daha bir iri bank soyğunu baş verib. Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir.
Azərbaycanda daha bir iri bank soyğunu baş verib. Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir.
Bank çevrələrindən virtualaz.org-a məlum olub ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb. Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb. E.Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində “GünayBank”ın idarə heyətinin sədr müavini təyin edilib. Bu misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.
“GünayBank” ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-ci ildə bürümüş dərin böhrana baxmayaraq ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da “GünayBank” ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.
Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89.76 faiz hissəsinin sahibidir. Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridir. 2017-ci il üçün maliyyə hesabatına əsasən “GünayBank” ASC-nin cəmi aktivləri 186 milyon manat olub. Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4 milyon manatdan yuxarıdır. Bu rəqəmlərdən də göründüyü kimi bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.
Futbolinfo xəbər verir ki, bu xəbərin futbol sahəsinə də birbaşa dəxli var. Çünki Emin Zeynalov I divizionda son mövsümün qalibi olan “Xəzər”in (Xəzər Bakı FK) rəhbəri idi. Onun rəhbəri olduğu klub lisenziya tələblərini yerinə yetirə bilmədiyi üçün Premyer Liqaya buraxılmamışdı. Çatışmayan əsas sənəd isə klub sponsorlarının məhz maliyyə qaynaqlarını göstərməməsi idi. Bu xəbərdən anlaşılır ki, Zeynalovun həmin sənədi təqdim edə bilməməsinin özəl səbəbi var imiş.
Əlavə edək ki, dağıldığı deyilən, amma rəsmi şəkildə bu aqibəti bəyan edilməyən “Xəzər”in rəhbərliyi öz işçilərini də aldadıb.Belə ki, klub əməkdaşları may ayının maaşını hələ də almayıb.
Azərbaycanda bankın sədr müavini 100 milyon manat götürüb ölkədən qaçdı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button