ArxivXəbər lentiXəbərlər

”Azərbaycana gətirilən kartof Ermənistan məhsuludur”

Kartof idxalı 20 faiz azalıb

2017-ci ilin I rübündə Azərbaycana 60 min ton kartof idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır.

Azərbaycana ən çox kartof Gürcüstandan gəlir. İlin 3 ayında qonşu ölkədən $4 mln 455 min məbləğində 22 min 395 ton kartof tədarük edilib. Ənənəvi tədarükçü İrandan isə 19 min 150 ton kartof alınıb. Eləcə də, RF, Türkiyə, Belarus, Pakistandan kartof idxal olunub.

Kartof idxalı sahibkarlara $11 mln 236 minə başa gəlib. Ötən ilin I rübündə 1 kq kartof Azərbaycan gömrüyündə $0,18-a, bu il $19,6-a bəyan edilib.

Dövlət Statisika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanda 1 nəfərə 72,3kq/il kartof istehlak edilib. Bu, əvvəlki ildəkindən 800 qram çoxdur. Beş il əvvəl bu göstərici 59,3 kq olub.

Ötən il Azərbaycanda əkin sahələri 2,8 min ha, məhsuldarlıq 4s/ha artırılaгаq 902,4 min ton kartof istehsal edilib. Bu, 2015-ci ildəkindən 7,4 faiz çoxdur.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov.

Kartof idxalının 20 faiz azalmasını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə müətəxəssis Vahid Məhərrəmov əslində idxalın az olmadığını deyir.

O, kartof idxalının əvvəlki illərlə müqayisəsini düzgün hesab etmir:

“Problem ondadır ki, şərait olsa da, Azərbaycan kartof istehsal edə bilmir. Bu il kartof idxalının az olmasının səbəbi alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymətin yüksək olmasıdır. Bəzi işbazlar çoxlu kartof gətirib aşağı qiymətə satmaqla özlərini çətinliyə salmırlar. Onlar az həcmdə kartof gətirib daha baha qiymətə satır, böyük gəlir əldə edilər. Bu il də belə oldu. Nəticədə kartofun qiyməti 1 manatdan aşağı düşmədi”.

Azərbaycana kartofun daha çox Gürcüstandan gətirilməsinə gəlincə, ekspert bildirdi ki, qonşu respublika özünü təmin edəcək qədər kartof yetişdirə bilmir. Gürcüstandan Azərbaycana gətirilən kartof Ermənistan məhsuludur:

“Əminliklə deyirəm, Azərbaycanda satılan kartof Gürcüstan vasitəsilə gətirilən Ermənistan məhsuludur. Uzun müddət bu barədə danışırıq. Ermənistanda aqrar sektor güclü inkişaf edib və bu ölkədən yalnız kartof yox, iribuynuzlu mal-qara, qoyun, hətta ərik də gətirilir. Konkret olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində hərbçi ermənilər 700 min iribuynuzlu heyvan üçün fermer təsərrüfatı yaradıb və həmin mal-qara Gürcüstana gətirilir. Ordan da Azərbaycana satılır. Amma adı Gürcüstan məhsulu olur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button