ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır

Azərbaycan və İranın birgə istehsal etdiyi avtobuslar həm yerli bazar, həm də ixrac üçün nəzərdə tutulub. Bunu “Azərmaş”ın İdarə Heyətinin sədri Emin Axundov bildirib.

E.Axundovun sözlərinə görə, avtobusların tutumu 41 sərnişindən yuxarı olacaq.

Sədr əlavə edib ki, Neftçalada istehsal olunan “Peugeot” avtomobilləri artıq satışa çıxarılmaqdadır: “İndiyədək 100-dən artıq avtomobil satılıb”.

E.Axundov qeyd edib ki, təməli qoyulan yeni zavod “Azərmaş”ın yeni layihəsidir: “İranın “Maral” treller şirkəti ilə “Azərmaş” ASC arasında distribüterlik müqaviləsi imzalanıb. Müqavilə ağır tonnajlı yük maşınları üçün qoşquların Azərbaycanda satışını nəzərdə tutur. Daha sonra həmin qoşquların istehsalı üçün Azərbaycanda yeni zavodun tikilməsi gözlənilir”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button