ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İran XİN başçıları münasibətlərdəki son vəziyyəti müzakirə ediblər.
 Azərbaycan Xarici İşlər Nazirliyi Hüseyn Əmir Abdullahiyan və Ceyhun Bayramov arasında ötən gün baş tutmuş telefon danışığı haqda məlumat yayıb.
Məlumatda deyilir:
“14 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər.
Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər Nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb.
Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button