ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub…

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

 

İnterAz-ın məlumatına görə, bu barədə C. Bayramov “Twitter” hesabından etdiyi paylaşımında bildirib.

 

“İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, – deyə C. Bayramov qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button