ArxivXəbər lentiXəbərlər

Azərbaycan və İran mütəxəssisləri birgə seysmoloji tədqiqatların aparılmasını müzakirə ediblər

İranın Məşhəd Firdovsi Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Səyyad Keivan Hosseini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub. Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə tərəflər arasında birgə seysmoloji tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

RSXM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərəflər arasında birgə elmi tədqiqatların aparılmasına dair anlaşma protokolunun imzalanması barədə razılıq əldə olunub. Azərbaycanın seysmoloji sahədə də inkişaf etdiyini bildirən qonaq İran seysmoloqlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığa maraqlı olduqlarını qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlığın hər iki tərəf önəmi xüsusi vurğulanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button