ArxivXəbər lentiXəbərlər

Azərbaycan və İran iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Martın 29-da Bakıda Azərbaycan və İran dövlət başçılarının iştirakı ilə keçirilən biznes forum çərçivəsində hər iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və İran tərəfindən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, səhiyyə, maliyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 400-ə yaxın iş adamı iştirak edib.

İkitərəfli görüşlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi nəticəsində son 4 ildə ölkələrimiz arasında əlaqələr daha da inkişaf edib. Bu dövrdə 10 yüksək səviyyəli görüş, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək Azərbaycan və İran arasında 150-yə yaxın sənəd imzalanıb.

Azərbaycan və İran ticarət, sənaye, enerji, nəqliyyat, turizm sahələrində uğurla əməkdaşlıq edir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 16 faiz artıb. Azərbaycanda 700 İran şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurla əməkdaşlıq edirlər. Ötən il Azərbaycana 363 min iranlı turist gəlib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button