ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri altıncı dəfə görüşdü

Qazax rayonunda keçirilən görüşün detalları açıqlanmayıb

Yanvarın 31-də Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri iki ölkənin sərhədində görüşüblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
Qazax rayonunda keçirilən görüşün detalları açıqlanmayıb.
Ermənistanın Baş nazirin müavini Mher Qriqoryan yerli mediaya deyib ki, ilkin razılaşmaya əsasən, iclasda sənədlərin və xəritələrin növləri müəyyənləşəcək.
Baş nazirlərin müavinlərinin sonuncu görüşü noyabrın 30-da baş tutumuşdu.
Ermənistan Milli Assambleyanın sədri Alen Simonyan yanvarın 31-də səhər saatlarında bildirib ki, erməni tərəfi iki ölkənin Baş nazir müavinlərinin başçılıq etdiyi komissiyaların iclasından aydınlıq gözləyir.
Spiker tərəflərin xəritələrlə bağlı hələ də ortaq məxrəcə gəlmədiyinə eyham vurmuşdu.
Yerevan 1975-ci ilin ən son sovet xəritələrindən istifadə edərək sərhədlərin delimitasiyasını təklif etsə də, Bakı razılaşmır.
Azərbaycanın dövlət başçısı yanvarın 10-da yerli televiziyalara müsahibəsində demişdi ki, Ermənistan 1960-cı, 50-ci, 40-cı illərin xəritələrini bir kənara qoyub, 70-ci illərə istinad etmək istəyir:
“Çünki o vaxt bizim tarixi torpaqlarımız artıq onlara verilib. Ona görə də biz buna qəti şəkildə qarşı çıxmışıq və indi də müqavimət göstəririk”.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”- nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button