ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan sərhədlərində 10 illik hərbi təlimlərin səbəb və təsirləri

İran İslam Respublikasının silahlı qüvvələri ölkənin bütün sərhədlərində fərqli prioritet və şərtlərə əsaslanaraq müdafiə hazırlığını davam etdirməkdədir və təsdiq edilmiş beşillik cədvəllərə uyğun olaraq öz v əzifələrini yerinə yetirirlər. Sionizmin Azərbaycan Respublikası ərazisində yuva qurması bu hazırlıq və təlimlərin intensivləşməsi və genişlənməsində mühüm amil olmuşdur.

Ötən gün İmam Hüseynin (ə) Ərbəin günü ilə eyni zamanda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Anadolu” Agentliyinə verdiyi müsahibədə İranın Araz çayı yaxınlığında hərbi təlimlər keçirməsinə təəccübləndiyini bildirdi və bu sualı verdi: “ Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün tə lim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndə n sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? 

Yazının əvvəlində bu strateji məsələ izah edilməli dir ki, sionist rejim və bölgədəki genpərəst muzdur azlıq sözdə və əməldə iki ölkə arasındakı münasibətlərə qarşı tə xribat yaradaraq , səbirsizliklə Araz sərhədinin şimal və cənub şiələri arasında parçalanma yaranacağını gözləyir və bu yolda heç bir səyini əsirgəmir. İran və Azərbaycan ölkələrinin yüksək  kiçik vəzifəli siyasətçiləri və KİV əməkdaşlarından gözlənti budur ki, münasibətlərin qorunmasına və genişlənməsinə səy göstərsinlər , b u məsələdən yan keçməsinlər.

Bəzən bir sıra şəxsi mövqelər, yaxud ticarət və beynəlxalq yükdaşıma sahəsində yalnız öz iqtisadi mənfəətlərini güdən bir neçə nəfər və ya özəl şirkətlər in bizim və ya qonşu ölkələrin milli maraqlarına zidd sayılan addım atması mümkündür. Belə olan surətdə qanuni proseslərə uyğun olaraq lazımi xəbərdarlıqlar edilməli və qonşuluq prinsiplərinə əməl olunmasını əsas tutaraq hə min addımlar dayandırılmalı, bir şəxsin, ya şirkətin maraqları milli maraqlardan və qonşu ölkələr arasında  münasibətlərdən üstün tutulmamalıdır.

Lakin Azərbaycan Respublikası prezidentinin Anadolu Agentliyinə verdiyi müsahibədə İranın Araz çayı yaxınlığında hərbi təlimləri barədə sualı və təəccüblənməsi haqda bir neçə mövzuya diqqət yetirilməlidir.

İran İslam Respublikasının silahlı qüvvələri ötən 43 il boyu ölkənin bütün sərhədlərində fərqli prioritet və şərtlərə əsaslanaraq müdafiə hazırlığını davam etdirməkdədir və elan edilmiş siyasətlərə, təsdiq edilmiş təqvim  cədvəllərə uyğun olaraq hər il təhlükəsizlik sahələrində və öz sərhədlərində aşkar və gizli şəkildə, məhdud və geniş formada hərbi manevrlər keçirir. Ölkənin şimal-qərb sərhədlərində də bu kəşfiyyat və döyüş manevrləri müxtəlif formalarda və adi illik təqvimə uyğun olaraq həyata keçirilir.

Ancaq 2001-ci ildən başlayaraq yavaş-yavaş sionist rejiminin casuslarının Azərbaycan Respublikası ərazisindən istifadəsinə aid sənəd və əlamətlər üzə çıxmağa başladı. Nümunə olaraq İranın nüvə alimini terror edən qatillərin etiraflarına, yaxud 2014-cü ildə sionist rejiminin kəşfiyyat PUA-sının təxrib niyyəti ilə İran nüvə obyekti sahəsinə yaxınlaşmasını göstərmək olar.

Bunu da qeyd edək ki, qonşu ölkənin ərazisindən həmin PUA-nın İranın ərazisinə nüfuz etməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) İran hava məkanının daha təhlükəsiz olduğunu elan etdiyi üçün ölkə səmasında beynəlxalq uçuşların 3 dəfə artdığı bir vaxta təsadüf etdi. Ona görə də İran hava məkanında hər hansı hərbi qarşıdurma bu sahədə problem yarada bilərdi. Həmin səbəbdən sionist rejiminin casusluq PUA-sı İran sərhədindən 300 km aralıda və təhlükəsiz bir yerdə vuruldu.

2016-cı ildə Netanyahunun Bakıya səfəri, sionist rejiminin Bakıdakı səfirinin təhrik və hərəkətləri, Azərbaycan Respublikası siyasətçilərinin diqqətsizliyi və səhlənkarlığı üzündən onun Zəngilan kimi İranla qonşu sərhədlərdə baş tutan nəhs hüzuru İran İslam Respublikası silahlı qüvvələrini öz müdafiə gücünün kiçik bir hissəsini şimal-qərb sərhədlərinə göndər məyə , hərbi-təhlükəsizik hazırlıq səviyyəsini bu bölgədə artırmağa vadar etdi. Bu həmin sərhəddir ki, Azərbaycan Respublikası prezidenti haqlı olaraq onu dostluq sərhədi adlandırdı və İran İslam Respublikası sərhədlərindən əmin-amanlıq hissi elə səviyyədə idi ki, bu sərhəd səfərinə prezidentin xanımı Mehriban Əliyeva da onunla birlikdə çıxmışdı.

Təhdidlərin artması ilə İranın şimal-qərb sərhədləri ciddi və geniş şəkildə hazır ol vəziyyətinə gətirildi, bunun davamında qondarma İsrail rejiminin Ermənistana yaxınlaşması və çox ciddi bir zaman kəsimində 2020-ci ilin sonuna kimi bu ölkənin Təl-Əvivdə səfirlik açması haqda söz-söhbətlər ( səfirliyin açılması zaman keçdikcə ibrətamiz oldu) bu hazırlıqların təhlükəsizlik mərhələsindən hərbi mərhələyə keçməsinə , hərbi manevrlərin həyata keçirilməsi üçün lazımi bazalar ın yaradılmasına səbəb oldu .

Əgər bir gün kimsə çaqqalları öz evində saxlamaq istəsə, şübhəsiz, onun özünə ziyanlar dəyməkdən əlavə, qonşuları üçün də problem yaranacaq, evlərinin divarlarını daha çox qorumağa ehtiyac artacaq. Sionist rejiminin İslam torpaqları sayılan Azərbaycan Respublikasında yuva qurmasına icazə vermək haqda bu, ən sadə bir təmsildir.

Sionist rejiminin mahiyyətini tanıyan, bu vəhşi, uşaq qatili və qaniçən rejimdən yaralar almış dünya müsəlmanları, xüsusilə də oyaq şiələrin Azərbaycan Respublikası hökumətindən gözləntisu budur ki, bu mənfur rejimin Azərbaycan Respublikası ərazisində hüzuruna son qoysun, öz ərazi və potensiallarını İran və İslam dünyası əleyhinə and içmiş düşmənin ixtiyarına verməsin.

Qeyri-sabitliyin koronavirusa çox oxşarlığı vardır; çox yoluxucudur və nütfədə ikən qarşısı alınmasa, ölkələrə əvəziçıxılmaz ziyanlar vura bilər. Qeyri-sabitlik dost-düşmən tanımır.

Əmir Sabit

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button