ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Ərafi: “Rəhbərin korona peyvəndi ilə bağlı sərəncamı fətva və hökumət fərmanıdır”

Ayətullah Əlirza Ərafi hövzələrdə elmi fənnlərin genişləndirilməsinə dair açıqlama ilə çıxış edib. Ayətullah Ərafi vurğulayıb ki, İslam sivilizasiyasının bir vaxtlar elm və bilik məşəli olub: “Elmi hövzələrdə tibb fəlsəfəsi, sağlamlıq, tibb, fiqh və sağlamlıq sahəsində əxlaq kimi fənləri aktivləşdirmək üçün addımlar atırıq”.

O, əlavə edib ki, bu sahədə 400 ixtisas və tendensiya planlaşdırılmışdır. “Sağlamlıq da daxil olmaqla günümüzdəki mövzularda dinin fəlsəfi və əxlaqi baxışlarına da sahib olmalıyıq. Əlbətdə ki, indi bu yolun başlanğıcındayıq və daha da irəliləməliyik. İslam-İran model tərəqqi sənədi çox mühüm bir sənəddir. İlk dəfə Hövzənin 260 ustadını bu məsələyə cəlb etdik. Hazırda bu sənəd tamamlanmaq üzrədir”, – Ə.Ərafi bildirib.

Alim Məqamlı Rəhbərin korona peyvəndlərilə bağlı baxışlarına toxunan Ayətullah Ərafi əlavə edib: “Korona zamanı korona ilə maraqlanan cihadçı tələbələr möcüzələr göstərdilər. Bu dövrdə hamı Hövzə və Bəsic qruplarının cəsarətini və fədakarlığını gördü. Ali Məqamlı Rəhbərin korona peyvəndi ilə bağlı sərəncamı fətva və hökumət fərmanıdır. Onun əksinə hərəkət etmək qətiyyən doğru deyil”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button