ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

XİN-dən Ermənistana çağırış: Boş bəyanatlar verməyin, konkret addımlar atın

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib.

Bununla bağlı “Report”a açıqlama verən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib:

“Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button