ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Respublikasının Xarici ticarəti 9 milyard dollar azalıb

2020-ci ildə Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsi 24 mlrd. 471 mln. dollar olub.

Qafqaz.ir  Baki xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bildirib ki, 2020-ci ildə Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsi 24 mlrd. 471 mln. dollar olub.

Həmin məlumata görə, bunun 13 mlrd. 740.57 mln. dolları ixracın, 10 mlrd. 730.72 mln. dolları isə idxalın payına düşüb. Xarici ticarətdə müsbət saldo 3 mlrd. 9.85 mln. dollar təşkil edib.

Halbuki, 2019-cu ildə Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsi 33 mlrd. 302 mln. dollar olmuşdu. Onun da 19 mlrd. 635.58 mln. dolları ixracın, 13 mlrd. 667.24 mln. dolları da idxalın payına düşmüşdü. Müsbət saldo da 6 mlrd. dollara yaxın olmuşdu.

Rəsmilər və ekspertlər bunu, əsasən, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər və neftin qiymətinin ucuzlaşması ilə izah edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button