AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikasının dini turizm potensiallarının təhlili

Din, camiənin tarixində stabil və təsirli element hesab olunur. Həmçinin mədəniyyətin və kimliyin formalaşmasında əsas rol oynayır. Müqəddəs məkanların ziyarəti, Allaha yaxınlaşmaq və ruhi rahatlıq tapmaq məqsədilə dini mərasimlərdə iştirak etmək mənasına olan dini turizm müasir dünyada önəmli turizmlərdən sayılır və onun qədim tarixi vardır. Dini turizm ziyarət, yaxud səyahət-ziyarət çərçivəsində baş tutur. Dini turistlərin çoxu müqəddəs məkanları ziyarət etmək və ya dini əməlləri icra etmək, dini tərvic etmək məqsədilə həyata keçir. Bu növ turizm sənəti ölkə üçün gəlir gətirməkdə və iqtisadiyyata rövnəq verməkdə çox əhəmiyyət kəsb edir. Statistikaya görə dini turizm dünyada baş tutan ümumi turizmin 26 faizini özünə ixtisas verir.
Azərbaycan Respublikası öz qədim tarixinə görə imamzadələr, məscidlər kimi çoxlu müqəddəs məkanlara özündə yer vermişdir. Şiə cəmiyyətinin çoxluğu bu ölkənin dini turizmini inkişaf etdirmək üçün geniş potensialı deməkdir.
Hazırkı məqalə təsviri-təhlili araşdırma metodundan, habelə kitabxana və sənədlərdən faydalanmaqla dini turizm kataqoriyasını izah etməklə yanaşı, Azərbaycan Respublikasında dini turizmi araşdırır və tanımağa təlaş edir.
Araşdırmalar göstərir ki, şiə məktəbində ziyarətin əhəmiyyəti, Azərbaycanda dini və mənəvi cazibəliklər, 550 ziyarətgah və 1750 məscidin mövcud olması kimi komponentlərdən faydalanmaqla Azərbaycan Respublikasının dini turizm sahəsinə sərmayə qoymaq və turist cəzb etmək imkanı vardır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button