ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Respublikasından Ermənistan xəbərdarlıq

Azərbaycan Ermənistana hərbçilərini Qarabağda yerləşdirməsi ilə bağlı xəbərdarlıq etdi.

10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir.

Bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi halları ilə bağlı məlumatında yer alıb.

Məlumat əsasən Azərbaycan tərəfi bir daha bəyan edir ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistan beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərinin tam şəkildə və vicdanla icra edilməsinin alternativi yoxdur”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button