AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında şiəliyin dirçəldilməsində İranın rolu

Sovetlər Birliyinin parçalanması ilə bu imperiyanın müsəlman xalqları kommunist rejiminin repressiyası ilə müqayisədə nisbətən azadlıq qazandılar. SSRİ-nin qapalı mühiti müsəlmanlara dini fəaliyyəti qadağa etmişdi və kommunist hökuməti hər bir dini mərasimlə bərk qarşılaşırdı. Lakin SSRİ-nin parçalanmasından sonra müsəlmanlar dini fəaliyyətlərdə nisbi azadlıq əldə etməkdən əlavə, İranın dəstəyi ilə Azərbaycanda islami və şiəlik yanaşması ilə dini təşkilatların fəaliyyət göstərməsinə də şərait yarandı.
İran ölkəsi regional bir güc olaraq qonşu ölkələrə nisbətdə mərkəz ünvanı daşıyır və yüksək geopolitik baxımından özünün ətrafındakı bütün geopolitikasında iştirak edə bilər, regional təşkilatların yaranması, geopolitik dairələrin və onların funksiyalarının işə düşməsində, siyasi proseslərinin formalaşmasında təsirli rol ifa edə bilər. Ona görə də İran İslam Respublikasının Qafqazda və Azərbaycan Resublikasında təsirli rolunu gizlətmək mümkün deyil.
Hazırkı dövrdə İran İslam Respublikası həm dövlət məqamında və siyasi quruluşda, həm də bir xalqın ideologiyası məqamında İslam dünyasında şiə təfəkkürünün ən əsas və ən böyük hamisidir. Beynəlxalq aləm və ümumi fikirdə də artıq bu həqiqət qəbul edimişdir. Bununla belə İranın müxtəlif ölkələrlə münasibətlərinin səviyyəsi onların şiə ideologiyasına mövqeində təsir qoyur. Ona görə də deyə bilərik ki, İslam İnqilabı üç aspektdə şiələrə təsir qoymuşdur. Əvvəl onlara kimlik bəxş etdi. Sonra isə bu kimlik onların təşkilatlanmaq səmtinə yönəlməsinə səbəb oldu. Sonda onları güc strukturlarına daxil olmağa hazır etdi.
Ona görə də qonşuluq, cəmiyyət tərkibi baxımından dünyanın ikinci şiə ölkəsi olması və etnik eyniliyi baxımından İranın Azərbaycan Respublikası şiələrinə təsirini araşdırmağın böyük əhəmiyyəti vardır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button