ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında GünazTV studiyası varmı?

İranla heç bir əlaqəsi olmaya Türkiyə mətbuatı da sözügedən kanalın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə olduğunu təsdiqləyərək, Türkiyə XİN-in də oxşar qənaətə gəldiyini qeyd etmişlər. Azərbaycan hakimiyyəti belə bir siyasəti sərgilədiyi halda, öz “münaqişələri”nin həllində İrandan gözləntisi də çox olmamalıdır. İranın səbri tükəndiyi gün, bu güclü dövlət qarşı tərəfi ödətmək və qarşılıqlı addım atmaq istiqamətində özünün bütün imkanlarından istifadə edəcəkdir və öz təhlükəsizliyi naminə lazım olan hər işi yerinə yetirəcəkdir.

Qafqaz mədəniyyət mərkəzi – “GünazTv” adlı televiziya kanalı 10 ildən artıqdır ki, peyk vasitəsilə İran dövlətinə və xalqına qarşı verlişlər hazırılayıb, yayımlamaqdadır. ABŞ-da yönləndirilən və oradan da yayımlanan bu kanal bütün dövlətlərin qanunlarının əksinə olaraq irqçilik və insanları təhqir etməklə, etnik düşmənçilik xarakterli verlişlər hazırlayıb, nasoslamaqla məşğuldur. İran düşmənlərinin çoxu bu televiziyada geniş fəaliyyət göstərir.

Mövcud sənədlər və məlumatlar GünazTv-nin daha çox ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi(CİA) ilə əməkdaşlıqda olduğunu göstərir. Türkiyədə çıxan “Hürriyət” qəzeti 2006-cı ildə “Star” qəzetinə istinadən GünazTv-nin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə olan əlaqələrinə toxumuşdur.

2006-cı ildə GünazTV öz yayımını Türksət peykinə daşıdı. Bunun ardınca isə, İran XİN-i rəsmi surətdə öz etirazını Türkiyə hakimiyyətinə çatdıraraq, sözügedən kanalın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi təlimatı ilə İranda vətəndaş müharibəsi və daxili iğtişaşlar yaratmaq məqsədilə işə salındığını bildirmişdir. “Hürriyət” qəzeti bununla əlaqədar olaraq, yazırdı:

“Star qəzeti 2006-cı ildə GünazTV-nin Türksət vasitəsilə yayımlanmasını İran XİN-in rəsmi etirazına səbəb olması barədə yazı dərc etmişdir. Həmin yazıda, İran tərəfi iddia edirdi ki, sözügedən televiziya kanalı İranda etniki və tayfa münaqişəsi yaratmağa səy göstərir. Türkiyə XİN-in bu barədə apardığı araşdırmalar, sözügedən kanalın həqiqətən də “CİA” ilə əlaqədə olduğunu və Türksət peyki vasitəsilə İrana qarşı verlişlər yayımladığını təsdiq etdi. Həmin tədqiqatdan sonar GünazTV-nin Türksətlə yayımı dayandırılmışdır”.

Yuxarıda adı çəkilən hər iki qəzetin yaydığı xəbərə görə, Türkiyə hakimiyyəti müstəqil araşdırmalardan sonar təsdiq etmişdir ki, GünazTV ABŞ Mərkəzi Kəşfiyyat İdarəsiinin (CİA) İrana qarşı istifadə etditiyi təziq vasitəsidir.

gunaz cia

Televiziya kanallarından rıçaq kimi istifadə edilməsi məsələsi GünazTV-nin ABŞ yardımı ilə təsis edilməsinə məhdudlaşmır. Vikiliksin (Wikileaks) yayımladığı gizli sənədlərdən birində qeyd edilir ki, İsrail Kəşfiyyat Xidməti (MOSSAD) 2007-ci ildə ABŞ-dan İran azərilərini və digər etniklərini hərəkətə gətirmək üçün Amerika Səsi Radiosunun (VOA) istifadə edilməsini tələb etmişdir.

MOSSAD-ın keçmiş şefi “Meir Daqan” 2007-ci ildə İsraildə ABŞ səfiri ilə keçirdiyi görüşdə, “etnik böhranları vasitəsilə İranda stabilliyin pozulmasını” ölkəsinin əsas məqsədlərindən biri olduğunu bildirmişdir: “Etnik böhranları alovlandırmaqla İran hökumətini zəyifləşdirmək mümkündür”. MOSSAD-ın şefi vurğilamışdır ki, diqqəti etnik azlıqlar üzərində cəmləşdirməklə, İran rejimini dəyişmək olar. “Ərəb dövlətlərini İranı təhdid etməyə yönləndirmək və İrana qarşı regional format yaratmaq, əhəmiyyətli mövzudur” deyə Daqan bildirmişdir.

Vikiliksin həmin görüş barədə xəbərində bildirilmişdir ki, MOSSAD şefi Meir Daqan İrana zərbə vurmaq üçün Amerika Səsi Radiosunun (VOA) rolunu həyati hesab edərək, bildirmişdir: “Bu kanalın ötürücülərinin sayı artırılmalıdır”.

MOSSAD-ın şefi əlavə etmişdir: “İranın milli birliyinin sarsıdılmasına gəldikdə, Ərəb dövlətlərinin işbirliyindən başqa, Bakı Respublikasının da potensiallarından istifadə edilməlidir. İranda sabitliyin pozulması etniklər arasında böhran yaratmaqla mümkündür, bu isə İsrail və ABŞ üçün müstəsna bir fürsətdir”.

APA xəbər agentliyinin məlumatına əsasən, Türkiyə Jandarma İstixbaratının keçmiş komandiri “Vəli Küçük” də 2004-cü ildə Azərbaycanda DAK barədə danışarkən oxşar bəyanatla çıxış etmişdir: “ İranda ictimai asayişi pozmaq və iğtişaşlar yaratmaq, Azərbaycanı İrandan qoparmaq və o bölgədə müstəqil bir dövlətin yaradılması istiqamətində, Qərb məndən kömək istədi”.

Vəli Küçük: “ İranda ictimai asayişi pozmaq və iğtişaşlar yaratmaq, Azərbaycanı İrandan qoparmaq və o bölgədə müstəqil bir dövlətin yaradılması istiqamətində, Qərb məndən kömək istədi”

İsrailin “Qloria Senter” (Gloria Center) adlı təfəkkür mərkəzi də 2004-cü ilə aid hesabatında bildirmişdir ki, İsrail İran Azərbaycanını xaosa sürüklmək əzmindədir.

Bu mərkəzin tədqiqatçıları Azərbaycandakı etnik hərəkatları açıq şəkildə İsrailin kəşfiyyat xidmətlərinə bağlayaraq, bu məsələni İran-İsrail rəqbəti çərçivəsində dəyərləndirmişlər:

İran və İsrailin kəşfiyyat xidmətləri arasında gedən rəqabət Azərbaycan Respublikası ərazisindən İran Azərbaycanı ərazisinə keçə bilər. Əgər bu gerçəkləşərsə, bu İslam Respublikasının təhlükəsizliyinə qarşı böyük təhdid olardı. İranın daxili sabitliyini pozmaq, İsrailin uzun müddətli və perspektiv hədəflərindədir. Digər bir ehtimal isə, Azərbaycanlı azlığın İsrailin İrana qarşı hərbi əməliyyatını dəstəkləməsi ehtimalıdır.

Bəzi xəbərlərə görə, İsrailli general “Oded Tira” İsrailin İrana qarşı hərbi müdaxiləsində Azərbaycanın dəstəyindən danışarkən, “İsrailin Azərbaycanın köməyi ilə İran azərbaycanlılarının dəstəyinə arxalana biləcəyini” vurğulamışdır.

İsrailin adı çəkilən təfəkkür mərkəzinin bu hesabatının başqa bir yrində isə İran Azərbaycanında etnik ədavətin yayılmasında ABŞ-ın dəstəyi məsələsinə də toxunulmuşdur:

“ABŞ-ın İrandakı azərbaycanlı azlığı ilə əlaqələrinə gəlincə, əldə edilməsi mümkün olan məlumatlara görə, ABŞ 2003-2004-cü illərdə İranda Azərbaycan separatizmini təhrik etmək istiqamətində səy göstərmişdir. Lakin bu hərəkatın özünüdərk səviyyəsinin aşağı olması səbəbindən və qeyri siyasi mahiyyət daşıdığından, ABŞ bu yöndə heç bir praktik uğur əldə edə bilməmişdir. Həmin illərdə Çehrəqani Vaşinqtonda yüksək səviyyədə qarşılandı… proqnozlaşdırılması mümkün olan gələcəkdə, Azərbaycan separatizmi güclənə və mərkəzi hökumətin nəzarəti isə zəifləşməyə doğru gedə bilər”.

“Gloria Center”in hazırladığı hesabatda separatçı amillər tərəfindən silahlı və terror xarakterli aktların törədilməsi barədə qeydlər də əhəmiyyətlidir:

“Təsdiqlənməmiş bəzi məlumatlara əsasən, 2009-cu ildə qərbi Azərbaycan ostanındakı polis mərkəzlərinda partlayışıar baş vermişdir ki, bunların da azərbaycanlı separatçılar tərəfindən törədildiyi iddia olunur. Bəzi xəbərlərdə belə bir iddia irəli sürülmüşdür ki, bu partlayışlar bölgədə silahlı əməliyyatlarda uzun müddətdir sabiqəsi olan azərbaycanlı və kürd separatçı qruplarının birgə fəaliyyətinin nəticəsirdir”.

İran Azərbaycanında İrançılıq meyilləri çox güclüdür. İran nasionalizmi isə Azərbaycanda formalaşmış və Azəri şəhərlərin əhalisinə, o cümlədən ticarət şəhəri olan Təbrizin əhalisinə sabitlik və ictimai asayiş lazımdır. Buna görə də, İran Azərbaycanında separatçı təfəkkürün, nə sosial bazası, nə də siyasi çəkisi var.

Lakin burada belə bir sual ortaya çıxır ki, etnikçiliyin social və siyasi bazasının olmadığını bildiyi halda, Azərbaycan Respublikası hansı səbəbdən İsrail və ABŞ-ın meydançasında oyuna girmiş və bu işin sonuclarını da qəbul emişdir?  GünazTV-nin bu sahədəki fəaliyyətlərinin Azərbayca hakimiyyəti tərəfindən müsbət qarşılanması faktı İranın Bakıya qarşı tam etimadsılığına gətirib çıxarmışdır.

Görünən budur ki, GünazTV-nin Bakıda ofisi və studiyası vardır və Əhməd Obalı da dəfələrlə öz proqramlarında bu faktı vurğulamışdır. Eyn zamanda, Nəsib Nəsibli və Yasmin Qaraqoyunlunun ( hər ikisi də Azərbaycan Respublikasının sakinidir) aparıcılığı ilə yayımlanan GünazTV-nin həftəlik proqramları da bu kanalın Bakıda studiyası olduğuna dəlalət edir. Ona görə ki, bu şəxslər İran əleyhinə fəaliyyət göstərən digər ölkələrin sakin deyil və onların hər həftə həmin verlişlə əlaqədar ABŞ-ın Çikaqo şəhərinə səfər etmələrini düşünmək də sadəlövhlük olardı.

gunaz

Azərbaycan Respublikasının yüksək rütbəli rəsmilərinin belə bir studiyanın mövcudluğunu inkar etmlərinə baxmayaraq, onların bu iddiası mövcud reallıqlarla uyğunluq təşkil etmir.

Aydındır ki, bucür ikili yanaşma iranlıların etimadsızlığına səbəb olacaqdır. GünazTV ABŞ və İsrailin gizli dəstəyi ilə yaradılan və qeyri qanuni fəaliyyət göstərən bir təşkilatdır. İranla heç bir əlaqəsi olmaya Türkiyə mətbuatı da sözügedən kanalın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədə olduğunu təsdiqləyərək, Türkiyə XİN-in də oxşar qənaətə gəldiyini qeyd etmişlər.

Mövcud məlumatlar, GünazTV-nin Azərbaycan Respublikası ərazisində effektiv mövcudluğuna dəlalət edir, bu isə İranda ictimai asayişi pozmaq məqsədilə Azərbaycan hakimiyyətinin ABŞ və İsraillə işbirliyinə girdiyini göstərir. Azərbaycan Respublikasının bu rəfarı beynalxalq prinsiplər ilə, özəlliklə də “xarici əlaqələr” prinsipi ilə ziddiyyət təşkil edir. Azərbaycan hakimiyyəti belə bir siyasəti sərgilədiyi halda, öz “münaqişələri”nin həllində İrandan gözləntisi də çox olmamalıdır. İranın səbri tükəndiyi gün, bu güclü dövlət qarşı tərəfi ödətmək və qarşılıqlı addım atmaq istiqamətində özünün bütün imkanlarından istifadə edəcəkdir və öz təhlükəsizliyi naminə lazım olan hər işi yerinə yetirəcəkdir.

Aydındır ki, qarşdaşlığın və dostluğun əsasını “xoş niyyət” təşkil edir və xoş niyyətin olmadığı zaman, siyasət ələmində dostluq və qardaşlıq münasibətləri də formalaşmaz. İran da Bakıdan bundan artıq heç nə tələb etmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button