ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikası tərəfindən 8 erməni hərbçi Ermənistana təhvil verilib

Azərbaycan Respublikası 10 noyabr bəyanatından sonra bu ölkə ərazisinə təxribat törətmək üçün daxil olduğunu bildirdiyi, hərbi diversantlar adlandırdığı ermənilərdən 8-ni Ermənistana təhvil verib.

DTX-nin İctimai əlaqələr şöbəsi bildirib ki,

“Azərbaycan Respublikası 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Məlumatda Ermənistan tərəfinin bunun qarşılığında nə etməli olduğu barədə deyilir: Bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

Erməni əsirlərin Ermənistan qaytarılmasının Fransa prezidenti Emanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tələbi ilə baş tutduğu deyilir.

Öncə də Rusiya və Qərb dövlətlərinin israrları nəticəsində Azərbaycan Respublikası üçtərəfli bəyanatdan sonra saxlanılan erməni hərbçilərini Ermənistana təhvil vermişdi. Onların qarşılığında isə minalanmış ərazilərin xəritələri alınmışdı. Ancaq sonralar rəsmi Bakı bu xəritələrin qeyri-dəqiq və yetərsiz olduğunu bildirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button