ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası prezidenti ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer arasında görüş olub.

APA-nın məlumatına görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib. Görüşdə Dağlıq Qarabağ, enerji, ikitərəfli və ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikası ilə Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edilib. Münasibətlərin daha da inkişaf etdirilməsi baxımından belə görüş və səfərlərin əhəmiyyəti qeyd olunub.

Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dördə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulanıb.

Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası prezidenti Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button