ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Müdafiə Nazirliyi 7 hərbçisinin öldürülməsini təkzib edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfindən yayılmış xəbəri təkzib edib. Həmin xəbərdə bu gün səhər iki ölkə arasında baş vermiş döyüşlərdə Azərbaycan Respublikasının yeddi hərbçisinin öldürüldüyü qeyd olunur.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib: Ermənistan ordusunun kəşfiyyat qrupu Azərbaycan ərazisindən keçmək istəyərkən bu ölkə qüvvələrinin pusqusuna düşüb.

Bu toqquşmada Ermənistan qüvvələri insan tələfatı verərək, geri çəkiliblər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmçinin son döyüşlər zamanı öz əsgərlərindən birinin itkin düşməsindən xəbər verib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu döyüşlər zamanı öz yeddi hərbçisinin öldürülməsini təkzib edibdir.

Ermənistanın Müdafiə Nazirliyi də bu döyüşləri təsdiqləyərək, özünün üç hərbçisinin öldürülməsindən xəbər verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button