ArxivXəbər lentiXəbərlər

Azərbaycan R. şəhərlərində xalq etirazları davam edir

Azərbaycan Respublikası mediaları bu ölkənin Siyəzən şəhəri əhalisinin etirazlarının davam etməsindən xəbər veriblər.

Nur az. saytının məlumatına görə, Siyəzən əhalisi çərşənbə günü də aksiyada iştirak edərək, bu ölkədə işsizliyin və qiymətlərin artmasına etiraz edib.

Bu məlumata görə, Azərbaycan Respublikası polisi bu dəfə də etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edibdir.

Bu aksiyanın ardınca Azərbaycan Respublikası prezident administrasiyası ölkə medialarında aksiya xəbərlərinin yayılmasını qadağan edib.

Azərbaycan Respublikasında manatın dəyərinin aşağı düşməsi və əhaliyə lazım olan maların qiymətlərinin qalxmasının ardınca yanvarın 12-si və 13-də bu ölkənin bəzi nöqtələrində, o sıradan Siyəzən, Ağsu, Fizuli və Lənkəran şəhərlərində, eləcə də Bakının Hövsan qəsəbəsində əhali etiraz aksiyaları keçiribdir ki, bu aksiyalar təhlükəsizlik məmurları tərəfindən yatırılıbdır.

Ötən on gün ərzində Azərbaycan Respublikasında qiymətlərin qalxmasına etiraz edənlərdən altmış nəfər həbs olunubdur ki, onların əksəriyyəti müxalif partiyaların üzvlərindəndir.

Bu kimi aksiyalar Azərbaycan Respublikasının əksər şəhərlərində müşahidə olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button