ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-dakı iranlı sahibkarların iki milyard dollarlıq investisiyası

İranın Azərbaycan Respbulikasındakı səfiri deyib: İranlı sahibkarlar son 20 ildə Azərbaycan Respbulikasında təqribən iki milyard dollarlıq investisiya həyata keçiriblər.

Qafqaz mədəniyyət mərkəzi – Cavad Cahangirzadə dünən gecə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıda yaşayan bir qrup iranlı ilə görüşü mərasimində əlavə edib: Azərbaycan Respbulikasında təqribən on min iranlı yaşayış, iş və ya təhsil ilə məşğuldur. Onların başlıca məşğuliyyəti ticarət və investisiyadır və indiyədək Azərbaycan Respbulikasında təqribən 450 iranlı şirkət qeydə alınıb.

İranın Azərbaycan Respbulikasındakı səfiri deyib: Təqribən 2500 iranlı tələbə də Azərbaycan Respbulikasının universitetlərində stomatologiya, əczaçılıq, mühəndislik və incəsənət daxil olmaqla müxtəlif ixtisaslar üzrə təhsil alır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən gecə Azərbaycan Respbulikasında yaşayan iranlılar qarşısında bütün dünyadakı iranlıları iranlı cəmiyyətin ən müvəffəq şəxsləri adlandırıb və belə deyib: Onlar iranlı mədəniyyət və cəmiyyətin bir uğurlu, mədəni və sağlam nümunəsidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button