ArxivXəbər lentiXəbərlər

Azərbaycan R-da EKO ölkələrinin özəlləşdirmə üzrə baş ekspertlərinin iclası keçirilir

EKO-ya üzv ölkələrin özəlləşdirmə üzrə rəsmilərinin altıncı zirvə görüşü ərəfəsində bu ölkələrin özəlləşdirmə üzrə baş ekspertlərinin beşinci iclası bu gün Bakıda işə başlayıb.

EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv on ölkənin baş ekspertlərinin bu birgünlük iclasında tərəflər ölkələr arasında özəl sektorun inkişaf etdirilməsi və özəlləşdirmə ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

İranı bu iclasda özəlləşdirmə təşkilatının sədr müavini cənab Davudxani təmsil edir. O, IRIB müxbiri ilə müsahibədə deyib: Özəlləşdirmə proqramlarının icrasının eyniləşdirilməsi prosesinin yaradılması; özəlləşdirmə ilə bağlı problemlərin həlli üzrə təcrübə mübadiləsi və bu sahədə qarşılıqlı yardım; üzv ölkələrin investorlarının qarşılıqlı iştirak tərzi və hər ölkənin sair ölkələrin investorlarının iştirakı imkanı üzrə həvalə proqramlarından xəbərdar olması bu iclasda nəzərdən keçiriləcək məsələlərdəndir.

Cənab Xani əlavə edib: Təbiidir ki, ölkələr arasında özəlləşdirmə təlimləri, ekspertlərin informasiya mübadiləsi və şəbəkə əlaqəsi, həmçinin üzvlərdən hər birinin təklifləri özəlləşdirmənin asanlaşdırılmasında olduqca təsirli olacaqdır.

Bu iclasda iştirakçılar həmçinin özəlləşdirmə üzrə öncəki iclasların qərarlarının həyata keçirilməsi prosesini araşdıraraq, EKO ölkələrinin özəlləşdirmə üzrə altıncı sammitinin bəyanatının başlıca istiqamətlərini də qəbul edilmək üçün hazırlayacaqlar.

EKO ölkələrinin özəlləşdirmə üzrə altıncı sammiti də sabah Bakıda keçiriləcək. Bu sammitdə İranın iqtisadiyyat nazirinin müavini və İran İslam Respublikasının özəlləşdirmə təşkilatının baş direktoru Mir Əli Əşrəfpuri Hoseyni iştirak edəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button