ArxivXəbər lentiXəbərlər

Azərbaycan İranla elmi və araşdırma əməkdaşlıqlarını genişləndirmək niyyətindədir

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Bakı və Tehran arasında texnoloji mübadilələrin artırılmasının vacibliyini qeyd edərək Təbriz Universitetləri və Araşdırma Mərkəzləri ilə elmi əməkdaşlıqların artırılmasını istəyib.

İRNA-nın məlumatına görə, Əliyənnağı Hüseynov bazar günü Təbrizin Rəb Rəşidi Elm və Texnologiya xüsusi zonasının direktoru Əli Cahangiri ilə görüşdə əlavə edib: İranda Təbriz Universitetlərin xüsusi yeri və araşdırma mərkəzlərinin elmi inkişafını nəzərə alaraq Bakı ilə elmi əlaqələrin artırılması hər iki tərəf üçün faydalı ola bilər.

Əli Cahangiri də bu görüşdə Təbriz və Bakı arasında texnologiya sahəsində əməkdaşlıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: 5-ci Rəb Rəşidi Sərgisi və İnnovasiya və Texnologiya Festivalı RINOTEX 2017 Təbriz və Bakı arasında elm və texnologiya sahələrində fəaliyyətləri inkişaf etdirmək üçün münasib fürsətdir.

5-ci Rəb Rəşidi Sərgisi və İnnovasiya və Texnologiya Festivalı 11-15 noyabrda Təbrizdə keçiriləcək.

Azərbaycan memarlığı üslubunda tikilən Rəb Rəşidi Təbriz şəhərinin tarixi və dəyərli binalarından biridir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button