ArxivXəbər lentiXəbərlər

Ərdəbildə Azəri şeyir qurultayı keçiriləcəkdir

Ərdəbil əyaləti mədəniyyət və islami irşad baş idarəsinin direktoru demişdir: bu il Qurban bayrı ilə Qədir bayranı arasında Azəri dilində şeyir qurultayı keçiriləcəkdir. Qafqaz mədəniyyət mərkəzinin TƏSNİM-dən nəqlən verdiyi raporta əsasənSeyidnasir İshaqi Ərdəbil əyaləti ümumi mədəniyyət şorasının ikindi çağı keçirilən iclasında bildirmişdir: bu il Qurban bayramı ilə Qədir bayramı arasında Ərdəbildə Azəri dilində şeyir qurultayı keçiriləcək və bu sahənin məşhur şairlər və digər şəxsiyyətlər dəvət olunacaqdır. O, müəzzəm rəhbərlik tərəfindən təyin olunmuş il şüarına işarə edərək izah etmişdir ki, müəzzəm rəhbər hamıya çıraqdır, hər tərəfli və real inkişafa yetişmək üçün həmin şüarı həyata keçirməyə çalışmalıyıq. Əlbəttə bu haqda mədəniyyət və sənət sahiblərinin effektiv rolu vardır. İshaqi açıqlamışdır: Ərdəbil əyalətinin baş irşad idarəsi əyalətin dini keçmişini nəzərə alaraq həm də bütün əlaqədar məsullar cəmiyyətdə Quran mədəniyyətinin inkişaf və yayılmasına zəmin yaratmalıdırlar, Quran məfhumlarını yaymalıdırlar. Bu iclasda əyalətin islami təbliğat təşkilatının baş müdiri də bu təşkilatın əyalətdə gördüyü işlər və Quran fəaliyyəti haqqında hesabat verərək demişdir: Məscidlərin idarə qayda-qanunları, idarə heyətlərinin seçilməsi layihəsi hazırlanmaqdadır ki, bununla əlaqədar problemlərin çoxunun həll olacağına zəmin yaranacaqdır. Höccətülislam Mehdi Sütudə bildirmişdir: Ərdəbil əyalətində Quran haqqındakı potensiallara və istedadlara əsasən təvəqqe edirik ki, bu sahədə lazımi vəsaitin ayrılması ilə Quran fəaliyyəti inkişaf edəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button