AktualAktualArxivXəbər lentiXəbərlər

Imam Xamneyi (müddə zillühül-ali): bəzi qonşularımız qonşuluğa yaramayan davranışlar etmişlər

 Imam Xamneyi (müddə zillühül-ali): bəzi qonşularımız qonşuluğa yaramayan davranışlar etmişlər. Hətta onların bəzisi qonşuluğa yaramayan davranışlar edəndə belə biz heç vaxt qonşularımız üçün təhlükə olmamışıq. Özümüzü ələ almışıq. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən ayətüllühül-üzma imam Xamneyi həzrətləri (müddə zillühül-ali) İran islam respublikası ordusunun komanderləri və işçiləri ilə görüşündə demişdir: nəzarətdən kənar qüdrətlərin xilafına olaraq İran islam respublikası təhlükəsizliyi Allahın ən böyük neməti bilir, özünün və başqalarının təhlükəsizliyini qorumaq üçün müqavimət göstərir və müdafiə edir. Orduya həsr edilmiş günlərdə keçirilən bu görüşdə ali baş komandan bu günü təbrik edərək imam Xumeyninin (rə)18 Apreli ordu günü adlandırma təşəbbüsünü inqilabın əvvəllərində bəzi adamların ordunu aradan aparma dəsisəsinin puça çıxmasında böyük rol oynadığını vurğulamış və artırmışdır ki, Əziz İmamın sayıqlığı nəticəsində ordumuz tam qüdrəti ilə qaldı və inqilabçı bir məcmuə kimi müxtəlif sahələrdə, o cümlədən 8 il müqəddəs müdafiə dövründə öz rolunu oynadı, qəhrəmanlıqlar yaratdı. Islami inqilab rəhbəri 18 Aprelin mənasının ordunun inqilaba dayaq olması və xalqın istiqamət və hədəflərinə xidmət etməsi kimi qiymətləndirərək xatırlatmışdır: İslam respublikası ordusunun xüsusiyyətlərindən biri dini əsas və vəzifələrə bağlılığıdır. O, öz sözlərinin davamında demişdir: islam respublikası heç bir ölkə üçün təhlükə deyildir. Biz, uzaq yerlər hələ qalsın, öz qonşularımıza belə heç vaxt təhlükə olmamışıq. Son dövrün tarixi bunu aydınca göstərir. Hətta bəzi qonşularımız qonşuluğa yaramayan işlər görəndə özümüzü ələ aldıq. Islam respublikası heç bir ölkəyə soxulmamış və soxulmayacaqdır. Nüvə və nüvə silahı adlı əfsanəni də Amerika, sonra isə avropalılar və bəzi sırfa bəzəyi olanlar yudurmuşlar ki, “islam respublikasının guya təhlükə mənbəyi olduğunu” göstərsinlə. Yox. Təhlükə mənbəyi Amerikanın özüdür. Günümüzdə dünyanın ən böyük təhlükə mənbəyi Amerika rejimidir. Nəzarətsiz, din və vicdana bağlı olmadan istədiyi yerlərə müdaxilə edir, əmin-amanlığı pozan müdaxilələr ondan baş verir. Amerika dünyanı təhlükə qarşısında qoymuşdur. Islam respublikası dünyada təhlükə yaratmır, regionda da təhlükə yaratmır. Bəzi hallarda bəzi qonşularımızın pis davranışlarına da büzürvarlıqla dözür. Təhlükə hər yeri ələ keçirən nəzarətsiz qüdrətlərdən irəli gəlir. Yəməndə insanı ağladan hadisələr baş verir, amerikalılar isə zalımları himayə edir, qərblilər zalımları himayə edirlər. Təhlükə onların tərəfindən əmələ gəlir. Onlar ölkələrin əmin-amanlığını əllərindən almışlar, həyatı insanlar üçün onlar thəlükəli etmişlər. Təhlükə onlara aiddir. Islam respublikası əmin-amanlığı həm özünə, həm də başqalarına ən böyük ilahi nemət bilir. Öz təhlükəsizliyini təmin etmək üçün müqavimət göstərir, müdafiə edir. Silahlı qüvvələrimiz bunu qulaqlarında sırğa etməlidirlər ki, ölkənin, sərhədlərin, insanların yaşayış mühitinin təhlükəsizliyinin təmin edilməsi bu sahədə fəaliyyət göstərən məsulların üzərindədir. Qeyd edək ki, ötən ilin sentiyabr ayında qonşu ölkələrin birində yerləşən İsrailin pilotsuz casusluq təyyarəsi (mütəxəssislərin fikrincə bu, yalnəz Azərbaycan respublikası ərazisindən uça bilərdi) bizim sərhədlərimizi keçmiş Sipah havadan müdafiə qüvvələrinin tərəfindən vurulmuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button