ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan-İran əlaqələrinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan-İran əlaqələrinə həsr olunmuş tədbir keçirilib FOTO

Azərbaycan-İran münasibətlərinin gücləndirilməsi məqsədilə beynəlxalq konfrans keçirilib.

konfrans Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, eləcə də İranın Azərbaycandakı səfiri Abbas Musəvinin və İran parlamentinin nümayəndələrinin iştirakı ilə Tehranda keçirilib.

Konfransda iki ölkə arasında münasibətlərin daha da artırılması məqsədilə fikir mübadiləsi aparılıb.

İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib ki, Azərbaycanın müxtəlif rəsmiləri ilə görüşləri olub və onlar ikitərəfli əlaqələrin inkişafını dəstəkləyir:

“Qarşıda iki ölkənin rəsmilərinin, xüsusilə iqtisadi sahədə çalışan rəsmilərin qarşılıqlı səfərləri nəzərdə tutulub. Ümid edirik ki, əlaqələrin inkişafı iki dövlətin və onların xalqlarının xeyrinə olacaq”.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycan və İran arasında əlaqələrin gücləndirilməsinin zərurətindən danışıb. O qeyd edib ki, iki ölkə arasında 150-dən çox əməkdaşlıq sazişi mövcuddur.

“İran Azərbaycanın qədim dostu və qonşusudur. Buna görə də Azərbaycanda İran şirkətlərinin enerji və iqtisadi sahədə fəaliyyəti üçün bütün imkanlar var”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button