ArxivXəbər lentiXəbərlər

Azərbaycan hərbi dənizçiləri İrana səfər zamanı müxtəlif görüşlər keçirib/poto

Azərbaycan Respublikası hərbi dənizçilərinin İrana səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib ki, təsdiqlənmiş plana uyğun olaraq, azərbaycanlı hərbi dənizçilər Ənzəli şəhərində yerləşən Şəhidlər Memorial Kompleksini ziyarət ediblər.

Sonra Azərbaycan hərbi dənizçiləri Ənzəli şəhərinin meri Mirşəm Momenizadənin qonağı olublar. Şəhər rəhbəri Azərbaycan dənizçilərini İranda görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan-İran hərbi əməkdaşlığının möhkəmləndirilməsində Ənzəli şəhərinin mühüm rol oynayacağına şübhə etmədiyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Sübhan Bəkirov isə ilk dəfə olaraq Azərbaycan hərbi dənizçilərinin İran limanına yan almasının tarixdə mühüm hadisə olduğunu vurğulayaraq, xoş münasibətə və göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

Sonra Azərbaycan dənizçiləri Ənzəli Hərbi Muzey Sarayını ziyarət ediblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button