ArxivXəbər lentiXəbərlər

Azərbaycan Ermənistana zərbə endirib deyə, İsrail ona verdiyi PUA-ların lisenziyalarını dayandırıb

Azərbaycan ordusunun 2017-ci ildə erməni işğalçılarına qarşı İsrail istehsalı olıan PUA-lardan istifadə etməsi, xalqa “strateji müqttəfiq” kimi sırınan sionist rejimini əsəbləşdirib.

qafqaz.ir Həqiqət QHT (Truth NGO) -a istinad xebere gore. İsrail rejiminin Müdafiə Nazirliyi dünən İsrailin qanunlarına zidd olduğunu səbəb gətirərək, müvəqqəti olaraq Azərbaycana verdiyi pilotsuz uçan aparatların lisenziyalarını dayandırıb.
Buna səbəb Azərbaycan ordusunun 2017-ci ildə erməni işğalçılarına qarşı onlardan istifadə etməsi olub.
“Aeronautics Ltd” şirkəti bu barədə qərarı Təl-Əviv birjasına açıqlayıb.   İsrail rejimi Müdafiə Nazirliyi daha sonra şirkətdə işləyən üç yüksək vəzifəli şəxsin fəaliyyətinə qadağa qoyub. Onlar xarici şirkətlərlə marketinq və ya müdafiə işlərində işləyə bilməyəcəklər.
islamazeri-nin verdiyi xəbərə görə, bu açıqlama “Rafael” müdafiə şirkətinin 850 milyon NIS (231,7 milyon dollar) müqabilində hava qüvvələrinin bəzi hissələrini satın almasından iki həftə sonra elan edilib.
Qeyd edək ki, 2017-ci ilin avqustunda Azərbaycan ordusu erməni işğalçılara qarşı İsraildən aldığı “Orbiter 1K” kamikaze pilotsuzlarından istifadə etmişdi. Hadisələrdən sonra İsrail rejimində məsələ ilə bağlı iddia qaldırılıb. İsrail Polis Təşkilatının Beynəlxalq Cinayət Tədqiqatlar Bürosu, Müdafiə Nazirliyinin istintaq bölməsi və Xarici İşlər Nazirliyi “Aeronautics” şirkətinin satış əməliyyatı ilə əlaqədar istintaq başladıb. Prosesin başlanması ilə satılan bütün pilotsuzların lisenziyası ləğv edilib.
Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. “Orbiter-2” aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib.
2016-cı ilin sentyabr ayından isə müəssisə “Zərbə” adlı kamikadze uçuş aparatının istehsalına başlayıb. “Zərbə” kamikadze PUA gündüz və gecə optik sensorları ilə yanaşı gövdə daxilində 2 kiloqramadək partlayıcı maddə daşıyır. PUA-nın havaya qalxması katapult vasitəsi ilə “Killer” adlı yüngül zirehli maşın üzərindən həyata keçirilir. Geri qaytarıldıqda isə eynilə “Orbiter-2”lərdə olduğu kimi paraşütdən və hava yastığından istifadə edilməklə PUA-nın təhlükəsiz enişi təmin olunur. 3 saata yaxın uçuş kanalına malik bu kamikadze PUA-nın uçuşuna kiçik kompüter vasitəsilə nəzarət olunur. PUA həmçinin paraşütdən və təhlükəsizlik yastığından istifadə etməklə bazasına eniş etməyi bacarır.
Müqaviləyə əsasən, müəssisə Azərbaycan Silahlı Qüvvələri üçün “Orbiter-3” və “Orbiter-4” istehsal edəcək. “Orbiter-3” PUA-nın qanad açıqlığı 4.40 metr, çəkisi 30 kq, faydalı yükü 5.50 kq, sürəti 70 mil, uçuş müddəti 7 saat, uçuş məsafəsi 100 km-dən çoxdur. PUA-nın data-link bağı 150 km radiusda əlaqə qurmağa imkan verir.“Orbiter 4” mini taktik PUA 24 saat havada qalır. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA 18000 fut yüksəkliyə qalxaraq verilən tapşırıqları yerinə yetirməyi bacarır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button