ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan da hərbi qüvvələrini Əfqanıstandan çaxartdı

Azərbaycan Respoblikasının sülhməramlıları Əfqanıstandan çıxarılıb.

Qafqaz.ir-nin məlumatına əsasən, bu barədə bu gün, avqustun 26-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.

Qeyd olunur ki, hərbi contingent və ona məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçuların Azərbaycana qayıdışı planlaşdırılır.

Azərbaycan Respublikası 2001-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button