ArxivXəbər lentiXəbərlər

Azərbaycan ədəbiyyatçıları Təbrizdə Nizami Gəncəvi konqresinin keçirilməsini yaxşı qarşılayıb

Konqresin katibliyindən verilən xəbərə əsasən, daxili və xarici qonaqların iştirakı ilə keçirilməsi nəzərdə tutulmuş möhtəşəm konqres Təbriz şəhərində Çərxi Nilufəriyi Azərbaycan məkanında yerli vaxtla saat 14-dən 16-dək keçiriləcəkdir.

Qafqaz  mədəniyyət mərkəzi – Beynəlxalq Nizami Gəncəvi Konqresi İran, Türkiyə, Azərbaycan və Gürcüstan ölkələrinin fars dili ustadları, ədəbiyyatçıları və nizamişünaslarının iştirakı ilə 11 və 12 martda keçiriləcək.

Konqresin katibliyindən verilən xəbərə əsasən, daxili və xarici qonaqların iştirakı ilə keçirilməsi nəzərdə tutulmuş möhtəşəm konqres Təbriz şəhərində Çərxi Nilufəriyi Azərbaycan məkanında yerli vaxtla saat 14-dən 16-dək keçiriləcəkdir.

İxtisaslı konfransdan dərhal sonra saat 16:00-daTəhsil İdarəsinin toplantı salonunda şer gecəsi də keçiriləcək.

Beynəlxalq Nizami Gəncəvi Konqresi İran və xarici ölkələrdə çox geniş qarşılanmışdır. Alınan məlumatlara görə, bu konfrans İrandan sonra ən çox Azərbaycan Respublikası tərəfindən qarşılanmışdır. Azərbaycan Respublikasından ədəbiyyat ustadları və nizamişünasları tərəfindən 15 məqalə konqresin katibliyinə daxil olmuşdur və münsiflər heyətinin rəyindən sonra bu ölkənin 6 nəfər ustad və təhqiqatçısına dəvətnamə göndərilmişdir.

Konqresin katibi doktor Urəngi həmçinin bildirib ki, məqalələrin sayının çoxluğuna diqqət etməklə, məqalələr toplusu kitabı iki cilddə çap edilərək konqresin keçirildiyi gün maraqlananların ixtiyarına veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button