ArxivXəbər lentiXəbərlər

Kəlbəcərin işğalında böyük rol oynayan türk, erməni və rus birliyi – Video sənəd

Aşağıdakı videoçarxda gördüyünüz şəxs Kəlbəcərin işğalında iştirak edən Türkiyə könnüllüsüdür. Kəlbəcəri yenicə işğal etdikdən bilafasilə sonra Türk mediyasına “ağızdolusu” müsahibə verir…

Qafqaz.ir  Abna-yə istinadən  Xəbər  verdiyi xəbərə əsasən, 02 Aprel 1993-cü il Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun türk, erməni və rus birləşmələrindən ibarət işğalçı Ermənistan ordusu tərəfindən işğal edildi.

Aşağıdakı videoçarxda gördüyünüz şəxs Kəlbəcərin işğalında iştirak edən Türkiyə könnüllüsüdür. Kəlbəcəri yenicə işğal etdikdən bilafasilə sonra Türk mediyasına “ağızdolusu” müsahibə verir…

Qeyd edək ki, erməni vəhşiləri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button