ArxivXəbər lentiXəbərlər

Tale Bağırzadənin məhkəmə prosesi baş tutmadı

Bu gün Nəsimi Rayon Məhkəməsində ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin xüsusi əməliyyatı zamanı həbs edilmiş ilahiyyatçı, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadənin məhkəmə nəzarəti qaydasında şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb.

Bu barədə vəkil Cavad Cavadov bildirib. Məhkəmənin təxirə salınmasına səbəb T.Bağırzadənin gətirilməməsi olub.

Vəkil T.Bağırzadə ilə görüşünə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) müvəqqəti saxlanma təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub, barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib./virtualaz/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button