Xəbərlər

Rusiyalı diplomatlar amerikalılara qulaqlı papaq hədiyyə ediblər

Rusiya nümayəndə heyəti ABŞ Dövlət katibi Con Kerrinin ölkənin xarici işlər naziri Sergey Lavrova hədiyyə etdiyi Aydaho ştatından gətirilmiş nəhəng kartofa cavab olaraq Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psakiyə çəhrayı rəngdə qulaqlı papaq hədiyyə edib.

SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, xanım Psaki hədiyyə papağı başına qoyaraq C.Kerri və S.Lavrovla birlikdə şəkil çəkdirib. Fotoşəkildə hər üç rəsmi gülümsəyir.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Mariya Zaxarova şəxsi Facebook səhifəsində “C.Psakiyə hədiyyə edilmiş papağın amerikalıların kartofuna cavab” olduğunu yazıb: “Hər kəs razıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button