AktualAktualArxivFatimi yaşayişIslamQarabağSosialXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyasının bəyanatı

Bu gün səhər erməni qəsbkar ordu birləşmələrinin ərazimizdə təmas xətti boyu iri çaplı silahlardan mülkü əhalimizə qarşı törətdiyi təxribat və terror əməlləri şanlı Azərbaycan ordusunu əks cavab tədbirləri görməyə məcbur etmişdir. Beynəlxalq humanitar qayda və qanunları kobudcasına pozan işğalçı ermənistan ordusu çoxsaylı insan və evlərin məhv edilməsi ilə nəticələnən cinayətlər törətmişdir. Çox böyük sevindirici haldır ki, Azərbaycanın igid əsgər, zabitləri düşmən mövqelərinin və hərbi istehkamlarının bir neçə istiqamətdə intensiv atəş nəticəsində darmadağın etmiş, düşməni geri oturtmağa nail olmuşlar.
Azərbaycan İslam Partiyası torpaqlarımızın işğal olunduğu anlardan bu günə kimi qəsbkar düşmən ordusunu əzmkar döyüş qabiliyyəti ilə məğlub etməklə müqəddəs torpaqlarımızdan təmizləməyi yeganə yol hesab etmişdir. Ordumuzun düşmənlə savaşdığı ilk gündə qazandığı üstünlüyə görə xalqımızla birlikdə sevinc hissi keçiririk. Allahdan ordumuza, xalqımıza, Azərbaycana deşmən üzərində şanlı qələbə gününə yetişməyi diləyirik.
AİP olaraq ənənəmizə sadiq qalaraq sıralarımızda olan yüzlərlə İslamçı ilə hər an cəbhəyə, döyüş meydanına yola düşməyə, düşmənə qarşı son damla qanımıza kimi vuruşmağa, Vətənimizin qələbəyə nail olması üçün hərbi bilik və bacarığımızı verməyə hazır olduğumuzu bildiririk.
Azərbalcan İslam Partiyası
27.09.2020

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button