AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Xamenei: “Tərəf müqabilimiz cığaldır”

İranın Ali Dini Lideri nüvə müzakirələri ilə bağlı fikirlərini bildirib
İslamazeri.az “Kahamenei.ir”-ə istinadən xəbər verir ki, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei nüvə müzakirələri ilə bağlı fikirlərini bildirib. Ayətullah Xamenei İran məddahları ilə görüşündə bildirib: “Bəziləri sual verirlər ki, niyə rəhbər müzakirələrlə bağlı fikrini bildirmir? Bunun cavabı budur ki, bunun üçün heç bir səbəb yoxdur. Çünkü ölkə məsulları bildirirlər ki, heç bir razılıq əldə olunmayıb və ikitərəfli bir qərar qəbul edilməyib. Bu cür vəziyyət zamanı hansısa mövqe bildirməyin mənası yoxdur. Məndən bu hadisələrə müvafiq və ya müxalif olduğumu soruşsalar, deyərəm nə müvafiqəm, nə də müxalif. Çünki hər hansı bir hadisə baş verməyib. Problemlər bundan sonradır. Çünkü tərəf müqabilimiz cığal, əhdinə vəfa etməyən və arxadan xəncər vuran biridir. Hazırda baş verənlər müzakirənin nəticəsi deyil. Bu səbəbdən təbrik deməyin mənası yoxdur. Mən ABŞ-la müzakirə etməyə heç vaxt xoş baxmamışam. Bu təhqir demək deyil, sadəcə təcrübəmə əsaslanıb deyirəm. Gələcəkdə bu müzakirələr də fayda verməzsə, hamı bizim təcrübələrimizi anlaycaq. Xoşgüman olmamağıma baxmayaraq daima bu müzakirələri dəstəkləmişəm və indi də dəstəkləyirəm. Mən millətimin izzətini təmin edən istənilən müzakirəni dəstəkləyəcəm və kimsə desə ki, rəhbərlik müzakirələrdə razılığa gəlməyə qarşıdır, həqiqətə uyğun söz deməmişdir. Bəzi vaxtlar deyilir ki, müzakirə rəhbərin nəzəri altındadır. Bu söz də dəqiq söz deyildir. Mən bu məsələyə biganə yanaşmasam da heç vax müdaxilə etməmişəm və etməyəcəm də. Mən bəzi görüşlərdə prezident və xarici işlər nazirinə qırmızı xətləri anlatmışam. Mənim bu müzakirələrin icraçılarına güvənim var və bu zamana qədər onlara qarşı şəkk etməmişəm. Allahın iznilə gələcəkdə də bu cür olacaqdır. Rəhbərliyin sözləri xalqla qarşılıqlı güvən hissi üzərindədir. Xalqın mənə güvəndiyi kimi məndə onlara tam şəkildə inanıram”. Ayətullah Xamenei məsulları və xalqı dövlətin həmrəyliyi əməl etməyə çağıraraq bildirib: “Milli mənafelərə sadiq olan məsullar müzakirəni tənqid edənləri dəvət etməli və onlarla söhbət etməlidir. Onların dediklərində lazımı fikirlər olarsa, növbəti müzakirədə ondan istifadə etsinlər. Bu qəlb və əməlin həmrək olmasının əlamətidir. Ola bilsin onlar müzakirələrə qalmış müddəti az hesab etsinlər. Onlara cavab olaraq demək olar ki, bu zamanın dəyişməyi qeyri mümkün deyildir və bu müddətin uzanmağının heç bir mənfi cəhəti yoxdur. Necə ki, tərəf müqabilimiz bir dəfə 7 ay müzakirələri uzatmışdı. Bizim müzakirələrimiz yalnız nüvə məsələsi üzərindədir və bu bir təcrübədir. Əgər tərəf müqabilimiz cığalçılığından əl çəkərsəç bu təcrübəni yenə davam etdirə bilərik. Yox əgər davam edərsəç təbbi ki, onlara olan inamsızlığımız möhkəmlənəcək. Hətta bizim nüvə üzrə müzakirə aparanlarımız da onlara inam bəsləmirlər və bu sevindirici haldır”. Ayətullah Xamenei sözlərinin davamında sanksiyaların müzakirələrdə razılığa gələn kimi dərhal qaldırılmasını bildirərək, “Bu çox mühüm bir mövzudur və sanksiyalar razılğa gəlindiyi gün aradan qaldırılmalıdır. Əgər bu məsələ yeni bir hala çevrilib davam etdirilərsə müzakirələrin heç bir mənası olmayacaq. Çünki bu müzakirələrin hədəfi sanksiyaların dayandırılmasıdır. Heç bir halda icazə verilməməlidir ki, nəzarət bəhanəsilə ölkənin təhlükəsizliyinə nüfuz etsinlər. Ölkə məsullarının da buna heç bir halda icazəsi yoxdur. Ölkənin müdafiə qüdrəti və orduda olan möhkəm yumruğu daima güclü qalmalı və daha da möhkəmlənməlidir. Nəzarətin olacağı surətdə dünyada olan digər nəzarətlərdən heç bir halda fərqli olmayan bir nəzarət üslubundan istifadə edilməlidir”- deyə qeyd edib. İranın Ali Dini Lideri Yəmənə qarşı olan hücumlara da münasibətini bildirərək deyib: “Səudiyyəlilər Yəmənə hücum etməklə yalnış iş gördülər və bölgədə mənfi bidət yaratdılar. Onların törətdiyi cinayət sionist rejimin Qəzzada törətdiyi cinayətə bənzəyir. Bu addım soyqrımdır və beynəlxalq səviyyədə araşdırılmalıdır. Səudiyyəlilər bu məsələdə mütləq xəsarət alacaqlar və heç bir halda qalib olmayacqlar. Bizim onlarla müxtəlif məsələlərdə fikir ixtilafımız olsa da,  daima onların xarici siyasətinə vüqarlı deyə bilirdik. Lakin bir neçə təcrübəsiz cavan ölkəni ələ keçirib və ölkəni ziyana tərəf aparır. Onların bu hərəkətləri bölgədə qəbul olunmazdır və mən onlara xəbərdarlıq edirəm ki, bu addımlarından dərhal əl çəksinlər. ABŞ-ın Səudiyyə Ərəbistanı dəstəkləməsi onların təbiətindən qaynaqlanır. Onlar hər bir məsələdə olduğu kimi bu məsələdə də məzlumun deyil, zalımın tərəfini tutdular. Lakin onlar da bu məsələdən zərbə alacaq və məğlub olacaqlar. Canilərin qırıcıları Yəməni təhlükəli hala çevirib və Yəmənə hücum üçün Allahın, millətlərin və beynəlxalq məntiqin axmaq hesab etdiyi bəhanələr bildirirlər. Lakin bu addımları deyil, İranı qınayırlar. Yəmən xalqı qədim mədəniyyətə və öz talelərini təyin etmə gücünə malikdir. Düşmən Yəməni Liviyanın vəziyyətinə gətirmək istəyir, lakin bu hədəflərinə nail olmayacaqlar. Çünki məzhəbindən aslı olmayaraq möminlərin əmirinin yoluna sadiq olan cavanlar onların önündə durublar və qələbə əldə edəcəklər”.
Mənbə : İslamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button