AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Xamenei: “Düşmənin bu hadisələrdəki gizli əlini görməyən özünü aldadıb”

Xəbər verildiyi kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda rəsmi səfərdədir

Qafqaz mədəniyyət mərkəzi İRİB-ə istinadən verdiyi xəbərə görə, İranda səfərdə olan Türkiyə prezidentini İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei qəbul edib. Görüş zamanı İslam İnqilabının rəhbəri buyurub: “İran İslam Respublikasının bütün ölkələr , o cümlədən Yəmən haqdakı mövqeyi xarici müdaxilə ilə müxalifətdir. Buna görə də Yəmən böhranının həll yolu da bu ölkə xalqına qarşı xarici hücumlar və müdaxilələrin dayandırılmasıdır.”  İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei bu gün çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib: “Bizim həmişəlik təkidimiz budur ki, İslam ölkələri Qərb və Amerikaya etimad etməkdən heç bir bəhrə aparmırlar və bu gün də, hamı tam aydın şəkildə, İslam və regionun zərərinə olan Qərbin regiondakı hərəkətlərinin nəticəsini görür.” Ayətullah Xamenei bəzi region ölkələrindəki hadisələrə və terrorçu qruplaşmaların İraq və Suriyadakı vəhşi fəaliyyətlərinə işarə edərək bildirib: “Əgər kimsə düşmənin bu hadisələrdəki gizli əlini görməyən özünü aldadıb.” İranın Ali Dini Lideri Amerika və sionistlərin regionun vəziyyətindən sevinc içində olmalarına işarə edərək sözlərini belə davam edib: “Sionistlər və Qərb dövlətlərinin bir çoxu və hamıdan da çox ABŞ  bu hadisələrdən razı qalıb və İŞİD məsələsini bitirmək istəmirlər.”   Daha sonra Ayətullah Xamenei  “Kimlər təkfirçi cərəyanları maliyyə və silah baxımından himayə edirlər?” sualını verərək qeyri-islami ölkələrin İslam ölkələri arasında düşmənçilik yaratmasına işarə edərək deyib: “Əcnəbilər mütləq bu məsələlərin həll edilməsini istəmirlər, buna görə də bu haqda İslam ölkələri bu problemlərin həll edilməsi üçün qərar çıxarmalıdırlar, amma təəssüflər olsun ki, birgə münasib və konstruktiv qərar çıxarılmır.” Sözlərinin davamında “Ümumi İslami Oyanış” üzrə əzəmətli dəyişikliyin davamını İslam düşmənlərini əsas nigarançılıq amili olduğunu bildirən Ayətullah Xamenei  bu böyük hadisə ilə qarşılaşmaq üçün düşmənlərin qarşılıqlı planlarına toxunaraq deyib: “Hazırda Amerika və sionistlər bəzi İslam ölkələrindəki daxili ixtilaflar haqda sevinc içindədirlər və bu problemlərin həll yolu, İslam ölkələri arasında əməkdaşlıq və münasib və konstruktiv praktiki hərəkətlərin həyata keçirilməsidir.” Əlaqələrin gücləndirilməsi haqda İranla Türkiyənin müştərək mənafeləri və məsləhətlərinə işarə edən Ayətullah Xamenei: “İslam dünyasında hər bir müsəlman ölkəsinin qüdrəti həqiqətdə İslam Ümmətinin qüdrətidir və İran İslam Respublikasının əsas siyasəti budur ki, İslam ölkələri bir-birlərini gücləndirsinlər və bir-birlərini zəiflətməkdən çəkinsinlər və İranla Türkiyə arasındakı əlaqələrin gücləndirilməsi də bu hədəfin reallaşmasına yardım edir.” İranın Ali Dini lideri sonda İslam Dünyası üçün günü-gündən artan şövkət və izzəti arzulayaraq, İran İslam Respublikasının region məsələlərinin həllində fikir mübadiləsi üçün hazır olduğunu önə çəkib.
????? ???? ?????? ????? ?? ???? ?????? ????? ???? ?????? ????? ?? ???? ?????? ????? ???? ?????? ????? ?? ???? ?????? ????? ???? ?????? ????? ?? ???? ?????? ????? ???? ?????? ????? ?? ???? ?????? ????? ???? ?????? ????? ?? ???? ?????? ????? ???? ?????? ????? ?? ???? ?????? ????? ???? ?????? ????? ?? ???? ?????? ????? ???? ?????? ????? ?? ???? ??????

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button