ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Nuri Həmədani: “Bu il İsrailin süqutu ilidir”

Qafqaz Həqiqətləri xəbər verir ki, bu sözləri İslam aləminin dəyərli mərcəyi-təqlidi Ayətullah Nuri Həmədani Ümumdünya Qüds Günü münasibətilə verdiyi mesajda deyib:

“Bu il Qüds gününü hər il olduğundan daha da həssas olduğu görünür və dünya müsəlmanları bu gündə daha möhtəşəm, daha çox güc, daha çox birlik və bərabərliklə Qüds yürüşündə iştirak etməlidirlər.

Digər tərəfdən, müsəlmanlar İsrailin səmərəsiz addımlar atdığını, mədəni, siyasi-iqtisadi və hərbi baxımdan çox zəif olduğunu bilirlər. Buna görə də dünya müsəlmanları İsrailin süqutunun yaxınlaşdığını və səmərəsiz addımlar atdığını dünyaya bəyan etmək üçün Qüds günündə möhtəşəm şəkildə iştirak etməli və tağutun sərkərdəsi, sionist rejimin tərəfdarı olan ABŞ-a qarşı nifrətlərini nümayiş etdirməlidirlər.

Müsəlmanlar əmin olsunlar ki, İsrail son günlərini keçirir və son nəfəsini verir, ona görə də biz meydana gələrək müsəlmanların böyüklüyünü və qüdrətini bütün dünyaya göstərməliyik.

İmam Xomeyninin (r) İsrailin xərçəng xəstəliyi kimi bir rejim olduğunu dediyi gündən müsəlmanlar qüdrətlə önə çıxıb güclərini nümayiş etdirdilər. Allahın izni ilə, bu ilin İsrailin süqut ili olacağını düşünürük”.

Xatırladaq ki, 40 ildən artıqdır ki, bütün dünya müsəlmanları müqəddəs Ramazan ayının son cümə gününü Ümumdünya Qüds Günü kimi qeyd edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button