ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Məkarim Şirazi Mina facisəinin ildönümüylə bağlı Ali-Səud rejimini sərt tənqid edib

Dünya səviyyəli təqlid mərcəsi Mina facisəinin ildönümüylə bağlı çıxış edib.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, dünya səviyyəli təqlid mərcəsi, ayətullah əl-üzma Məkarim Şirazi Mina faciəsinin ildönümüylə bağlı çıxış edib. Bu hadisənin bir çox beynəlxalq təşkilatların əsil simasının üzə çıxmasında böyük rolu olduğunu deyən alim belə bildirib: “Avropa ölkələrindən birində neçə nəfər həyatını itirirsə ümumi matəm elan olunur. Bütün Avropa rəsmiləri cəm olur və bunun üçün çarə düşünürlər. Bu hadisə zamanı isə minlərlə günahsız insanın qanı töküldü, lakin heç bir etiraz eşidilmədi. Çünki bu hadisə onların mənafeyinə qulluq edir. Rəhbərimizin dediyi kimi, Ali-Səud rejimi bir üzür belə istəmədi. Ağılları olsaydı üzürdən əlavə, şəhidlərin ailə üzvlərini Həccə dəvət edərək, onlara qulluq edərdilər. Ən dəhşətlisi isə satılmış Səud müftilərinin çirkin fətvaları idi. Bu şəxslər Ali-Səudun siyasi kölələri hesab olunurlar. Gah dedilər ki, Səud hakimiyyəti müqəssir deyil, gah da dedilər ki, İlahi qəza-qədərdir. Ali-Səud rejimi bilsin ki, bu hadisədən nə qədər zaman keçsə də unudulmaycaq və əzizlərini itirən müsəlman ümməti daima onlara lənət göndərəcəkdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button