Islam

Ayətullah Hairi: “Cihad yalnız ayətullah Xameneinin razılığı ilə reallaşa bilər”

Ayətullah Hairinin nümayəndələrindən biri Suriyadakı vəziyyətlə bağlı dini liderin nəzərini belə açıqlayıb. 

İslam.az-ın “Adyan News” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ayətullah Hairinin nümayəndələrindən biri Suriyadakı vəziyyətlə bağlı dini liderin nəzərini belə açıqlayıb:
“Ayətullah Hairinin kafirlərə qarşı mübarizə aparmaq və dinin müqəddəs hesab etdiyi hər şeyi qorumaqla bağlı baxışı məlumdur. Təkfirçilər Suriyanın hər yerində şiələrə qarşı müharibə elan ediblər. Bizlər üçün müqəddəs olan hər şeyi qorumayaraq sakit qalmaq və hər gün şiələrin öldürülməsini seyr etmək mümkün deyil. Ayətullah Hairinin bütün müqəllidlərinə və onu sevənlərə cihadda iştirak etmək vacib olmuşdur. ”
İslam.az araşdırmalar nəticəsində Ayətullah Hairinin müqəllidlərindən birinin cihadla bağlı sualına cavabını aşkar edib. Belə ki, müqəllid “İslamda müqəddəs sayılan hər şeyi qorumaq məqsədilə” Suriyaya getmək məsələsi barədə Seyyid Hairinin nəzərini bilmək istəyir.
Cavabda qeyd olunub ki, “burada əsas məsələ Suriya, Xanım Zeynəbin (sə) və Xanın Rüqəyyaniın (s) hərəmlərini qorumaq deyil, sırf küfrlə qarşılaşmaq məsələsidir. Oradakı küfr İslamın əsaslarını (özəyini) təhlükə altına alıb. İslamın özəyini qorumaq (müdafiə etmək) əgər fasid rəhbərlərin başçılığı altında həyata keçməyəcəksə və bu cihad əgər seyyid Xameneyinin razılığı ilə reallaşarsa, vacibdir”.

Qeyd edək ki, Ayətullah Hairinin cavabı bu ilin Məhərrəm ayının 14-də verilib. Cavabı oxucularımıza təqdim edirik (ərəb dilində).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button