AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Ayətullah Amili: İran və Azərbaycan xalqları arasında mədəni və dini ortaqlıqlar düşmənlərin planlarını puça çıxarır

Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi Ayətullah Seyid Həsən Amili Xarici İşlər Nazirliyinin mətbuat katibi ilə görüşündə İran və Azərbaycan xalqları arasında mədəni və dini ortaqlıqların düşmənlərin məkrli planlarını puça çıxarmaqda təsirli amil olduğunu deyib.

 

xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Seyid Abbas Musəvi Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi ilə görüşüb. Görüşdə Seyid Abbas Musəvi deyib: “Xarici İşlər Nazirliyinin əsas missiyalarından biri də qeyri-neft məhsulları ixracını artırmaq məqsədilə özəl sektora dəstək verməkdir. Ərdəbil əyalətinin yüksək potensiallarına diqqət etməklə bu əyalətin istehsalçıları və biznesmenləri Azərbaycan və Rusiyaya ixracatda irəlidə dayanırlar.”

Görüşdə Vəliyyi-fəqihin təmsilçisi həzrət Ayətullah Seyid Həsən Amili deyib: “Bəzi düşmənlər İran və Azərbaycan dövlət və xalqlarının yaxınlaşmasından qorxurlar və İranı Azərbaycanın ictimai rəyində bədbin etməyə çalışırlar, lakin iki xalq arasındakı mədəni və dini ortaqlıqlar düşmənlərin məkrli planlarını zərərsizləşdirir.”

Ayətullah Amili əlavə edib: “Ölkənin rəsmi diplomatiyası ilə yanaşı bizim də bir sıra vəzifəmiz vardır və biz ümumi diplomatiya ilə iki xalqın yaxınlaşması üçün zəminə yaratmalıyıq.”

İmam cümə əlavə edib: “Azərbaycan Respublikası investorları İranın özəl sektorlarında investisiya qoymağa çox maraqlıdırlar. Ölkədə bu kimi investisiyalar üçün şərait yaradılmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button